main-post-cover

    Wi-Fi siqnalı maksimal uzaq məsafəyə ötürülüb (VİDEO)

    Elm & Texnologiya
    02.02.2024
    Farid Pardashunas
         Avstraliyanın şəbəkə mikrosxemləri sahəsində fəaliyyət göstərən Morse Micro şirkəti Wi-Fi şəbəkəsi çərçivəsində siqnalın uzaq məsafəyə ötürülməsi mövzusunda rekorda imza atıb. Siqnalın maksimal uzaq məsafəyə ötürülməsində yeni növ çipdən və kommersiya standartlı rabitə texnologiyasından istifadə edilib. IEEE 802.11ah protokolu Wi-Fi HaLow kimi də tanınır. Bu protokol 900 MHz tezlikdə çalışır. Bunun sayəsində o, daha az enerji sərfiyyatına və siqnalın daha uzaq məsafəyə ötürülməsi imkanına sahibdir.
         Məlumata əsasən aparılmış təcrübə çərçivəsində Wi-Fi siqnalını 2.9 km məsafəyə ötürmək mümkün olub. Bununla belə şəbəkə bağlantısının sürəti saniyədə 1 Mbit təşkil edib. Bu cür rekord göstərici aşağı enerji sərfiyyatına sahib MM6108 Wi-Fi HaLow çipinin testi çərçivəsində əldə edilib. O artıq Wi-Fi Alliance təşkilatı və ABŞ Federal Rabitə Komissiyası tərəfindən sertifikatlaşdırılıb. IEEE 802.11ah protokolunun üstünlükləri hesabına sözügedən çip IoT (Internet of Things) cihazlarda istifadə edilə bilər. Lakin çipin kommersiya məqsədli məhsullara nə zaman inteqrasiya ediləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yaponiyada disketlər kimi köhnə məlumat daşıyıcılarından imtina ediləcək
    yaponiyada-disketler-kimi-kohne-melumat-dasiyicilarindan-imtina-edilecek
    CES 2024-də holoqrafik zənglər üçün "telefon köşkü" sərgilənib (VİDEO)
    ces-2024-de-holoqrafik-zengler-ucun-telefon-kosku-sergilenib-video
    SpaceX bu il rekord sayda kosmik uçuş missiyası reallaşdırıb
    spacex-bu-il-rekord-sayda-kosmik-ucus-missiyasi-reallasdirib
    Samsung süni zəka texnologiyasına sahib yeni kamera sensoru üzərində çalışır
    samsung-suni-zeka-texnologiyasina-sahib-yeni-kamera-sensoru-uzerinde-calisir
    2023-cü ilin üçüncü rübü üzrə mobil prosessorlar bazarının statistikası təqdim edilib
    2023-cu-ilin-ucuncu-rubu-uzre-mobil-prosessorlar-bazarinin-statistikasi-teqdim-edilib