main-post-cover

    Video kart savaşları başlayır: AMD vs Nvidia ! (30% daha güclü)

    Elm & Texnologiya
    03.02.2020
    Nijat Hamid
            AMD şirkəti Ryzen prosessorlar ilə bu ekosistemdəki rəqiblərindən olan İntel-i sözün əsl mənasında əzib keçdi. İndi isə sıra digər rəqibi olan Nvidia-ya gəldi. Radeon Graphics departmentinin rəsmilərindən olan Mithun Chandrasekhar, IGN-ə verdiyi müsahibədə İntel-i rəqabətdə keçdiklərini, sıranın Nvidia-ya gəldiyini dedi. Yeni Big Navi arxitekturasındakı video kartlar təxmin ediləndən daha güclü olacaq kimi görünür.

    Şirkətin CEO-su Lisa Su Big Navi ekran kartlarının bu il satışa çıxacağını bildirmişdi.

            Big Navi video kartlarının hal-hazırda Nvidia şirkətinin ən üst seqment və ən güclü modeli olan RTX 2080 Ti modelindən ən az 30% daha güclü olacağı gözlənilir. Həmçinin yeni nəsil RDNA2 texnologiyası da olacaq. İddialara görə yeni seriya video kartlarda 80 əməliyyat parçası olacaq. Bu da çox yüksək dəyərlərdir. Qeyd olunan məlumatlara görə 4K oyun performansı isə çox möhtəşəm olacaq. Artıq oyunları 4K Ray Tracing dəstəyində 60+ FPS-lərdə oynamaq mümkün olacaq.
            Yeni video kartların nə vaxt satışa çıxacağı və qiymət aralığı bilinmir, lakin təxminlərə görə ən güclü modeli belə Nvidia kartlarından daha ucuz olacaq. Bu da rəqabətin artmasına təkan verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər