Ukraynalı şəxs öz böyrəyini bitcoin qarşılığında satmaq istədi
Elm & Texnologiya
14.11.2017
Farid Pardashunas
Ukraynanın Melitopol şəhərində yaşayan Ruslan adlı şəxs Torbinka saytında elan yerləşdirib.
Həmin elanda o, öz böyrəyini 3
bitcoin qarşılığında satmağı təklif edib. Hal hazırki məzənnəyə uyğun olaraq bu
20.000 dollara yaxın bir məbləğdir. Lakin nəzərə almaq lazımdır ki, son
vaxtlarda bitcoin stabil bir valyuta deyil. Ruslan ödəməni yalnız sözügedən
kriptovalyuta qarşılığında qəbul edir. O düşünür ki, bitcoin ən güvənli sərmayedir.
Bununla da o öz gələcəyini təmin etmək və həyatını xilas etmək istəyir.
Paylaşılmış elan tez zamanda sözügedən saytdan silinib. Belə ki, bu elan saytın
siyasətinə ziddir və Ukraynada insan orqanları bazarı ümumiyyətlə yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Microsoft nə üçün data mərkəzlərini okeanın dərinliklərində yerləşdirir?
Əfsanənin geri dönüşü: Winamp musiqi servisinin istifadəyə veriləcəyi tarix açıqlandı