Tesla şirkəti avtopilot sistemli taksilərin yaradılması üçün süni zəka startapını aldı
Elm & Texnologiya
02.10.2019
Farid Pardashunas
Tesla şirkəti avtonom idarəetmə sahəsindəki tədqiqatlarını davam edir. Bu yolda şirkət DeepScale adlı startapı alıb. Bu startap nəqliyyat növləri üçün computer vision sistemlərinin hazırlanması sahəsində fəaliyyət göstərir. Gözləntilərə əsasən bu startap Tesla şirkətinin avtopilot sistemli elektromobillərini yeni səviyyəyə qaldıracaq. Bu barədə Techcrunch saytı xəbər verib. DeepScale startapının təsisçilərindən biri olan Forrest Iandola öz Twitter hesabında qeyd edib ki, o, Tesla Autopilot komandasına qoşulur.
DeepScale isə öz növbəsində baha olmayan sensor və prosessorlara sahib neyroşəbəkədən effektiv istifadə üsulunu hazırlayıb. Qeyd etmək lazımdır ki, hal hazırda şirkətin istehsal etdiyi avtomobillər SAE (Society of Automotive Engineers) assosiasiyasının avtopilot klassifikasiyasının ikinci səviyyəsinə aid edilir. 4-cü səviyyə isə avtomobildən sükan və pedallar olmadan pilotsuz lokal taksi kimi istifadə etməyi əks etdirir.
Hələ bu ilin əvvəlində Elon Musk bildirmişdi ki, o, 2020-ci ilə kimi irimiqyaslı pilotsuz taksi şəbəkəsini yaradacaq. Onun sözlərinə əsasən hal hazırda olan Tesla elektromobilləri tam avtonom şəkildə idarəetmə üçün bütün imkanlara sahibdirlər. Bununla yanaşı şirkət öz elektromobil modellərinə faydalı funksiyaları əlavə etməyə davam edir. Buna misal olaraq Smart Summon texnologiyasını gətirmək olar. Onun vasitəsilə istifadəçi öz Tesla modelini dayanacaq yerindən avtopilot sayəsində özünə çağıra bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ