main-post-cover

    Tesla sadələşdirilmiş Model 3 və büdcəli Model 2 elektromobilləri üzərində çalışır

    Elm & Texnologiya
    29.11.2022
    Farid Pardashunas
        İnsayderlərin verdikləri məlumatlara əsasən Tesla şirkəti hal hazırda Model 3 elektromobilinin konstruksiyasının sadələşdirilməsi üzərində çalışır. Bu isə öz növbəsində sözügedən elektromobilin maya dəyərini aşağı salmağa imkan verəcək. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Project Highland adlı bu layihə çərçivəsindəki həllər hazırlanacaq Model 2 adlı daha büdcəli elektromobildə istifadə ediləcək. Project Highland-ın əsas məqsədi elektromobildə və istehsalat zəncirində olan artıq komponentləri aradan qaldırmaqdır.
        Söhbət, nəqliyyat vasitəsinin əsas funksionallığına təsir göstərməyən komponentlərdən gedir. Dəyişikliklər elektromobilin təkcə interyerini əhatə etməyəcək. Məsələn gözləntilərə əsasən Tesla sadələşdirilmiş elektromobilini CATL M3P adlı fosfat batareyalar ilə təchiz edəcək. Sözügedən batareyalar litium-ion batareyalar ilə müqayisədə ucuz olsalar da, yaxşı enerj effektivliyinə sahibdirlər. Tesla ilk növbədə Model 3 elektromobilini sadələşdirəcək. Məlumata əsasən sadələşdirilmiş Model 3-ün istehsalına 2024-cü ildə start veriləcək.
        Yeni növ batareyaya isə elektromobil gələn il keçid edəcək. “Biz daimi olaraq öz avtomobillərimizin konstruksiyalarında lazım olmayan detallar aşkar edirdik. Həmin lazımsız detallar avtomobillərə səhvən və ya hər ehtimala qarşı yerləşdirilmişdi. Biz artıq lazım olmayan çoxlu sayda komponenti aradan qaldırmışıq” - deyə Elon Musk qeyd edib. İnsayderlər bildiriblər ki, Model 3-ün sadələşdirilməsi prosesindən sonra Tesla Model 2 adlı ən ucuz elektromobilini satışa çıxardacaq. Məlumata əsasən onun start qiyməti 30 000$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər