SpaceX şirkəti yeni kosmik rekorda imza atmağa hazırlaşır

SpaceX şirkəti yeni kosmik rekorda imza atmağa hazırlaşır

Texnologiya
06.11.2019 PAYLAŞIM

    SpaceX şirkətinin sonuncu dəfə kosmosa raket göndərməsindən artıq 3 ay keçib. Bu ilin avqust ayında Yer kürəsinin orbitinə AMOS-17 adlı peyki göndərəndən sonra şirkət qısamüddətli fasilə götürdü və artıq yenidən Starlink layihəsi çərçivəsində Yer kürəsinin orbitində çoxlu sayda peyklərin yerləşdirilməsinə hazırdır. Beləliklə Falcon 9-un növbəti uçuş missiyası ümumilikdə bütün kosmik sahə üçün yeni rekordlarla baş tuta  bilər. Bu barədə Arstechnica.com saytı xəbər verib.

    11 noyabr tarixində şirkət Yer kürəsinin orbitinə Starlink peyklərinin ikinci partiyasını göndərməyi planlaşdırır. Əgər hər şey uğurla baş tutsa, bu, 3 dəfə istifadə olunmuş birinci raket pilləsininin dördüncü dəfə istifadəsi üzrə bir ilk olacaq. Bundan öncə Falcon 9 3 missiyanı uğurlu şəkildə yerinə yetirmişdi. 25 iyul 2018-ci il tarixində o, kosmosa Iridium adlı peyki, həmin ilin 8 oktyabr tarixində SAOCOM 1A adlı peyki göndərmişdi. Bu ilin fevral ayında isə raket uğurlu şəkildə Nusantara Satu adlı peyki və Beresheet adlı Ay modulunu kosmosa göndərmişdi.

    Beləliklə həmin raketdən dördüncü dəfə istifadə ediləcək. 11 noyabr tarixinə planlaşdırılan uçuş missiyasının daha bir özəlliyi ondan ibarətdir ki, həmin uçuş çərçivəsində Falcon 9-un ən üst hissəsi yenidən istifadə olunacaq. Qeyd etmək lazımdır ki, bu ilin aprel ayında keçirilmiş Arabsat-6A missiyasından sonra raketin ən üst hissəsi bərpa edildi. Raket komponentlərindən dəfələrlə istifadə öz növbəsində peyklərin və digər faydalı yüklərin kosmosa gəndərilməsi prosesini daha ucuz edir. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


AMD daha da güclənir: Zen 3 arxitekturası möhtəşəm olacaq

AMD şirkəti son 3 ildə yeni arxitekturaya keçərək İntel şirkətinin tam rəqibi halına gəldi. Həm daha..


OnePlus 8 Pro'nun rəsmi sxematik fotoları ortaya çıxdı

True-tech saytının jurnalistləri özündə OnePlus 8 Pro smartfon modelinin rəsmi sxematik təsvirlərini..


Samsung'un ikinci qatlana bilən smartfonu W20 5G

Əvvəlcədən də planlaşdırıldığı kimi Samsung şirkəti Çində öz ikinci qatlana bilən smartfon modeli W2..


Redmi K30 barəsində yeni məlumatlar aşkar edildi

XDA-Developers saytının baş redatoru Mishaal Rahman, MIUI 11 istifadəçi interfeysinin sonuncu beta v..


Büdcəli Galaxy S10 Lite smartfonu barəsində yeni məlumatlar verildi

Məşhur hindistanlı insayder Ishan Agarwal büdcəli Galaxy S10 Lite smartfon modeli barəsində bəzi yen..


Xiaomi şirkəti daha bir büdcəli smart qolbaq təqdim etməyə hazırlaşır

Xiaomi şirkəti hələ bu ilin iyun ayında Mi Band 4 smart fitnes qolbağı təqdim etmişdi.