SpaceX-in Starship kosmik gəmisinin prototipi sonunda testdən uğurla keçdi (VİDEO)

SpaceX-in Starship kosmik gəmisinin prototipi sonunda testdən uğurla keçdi (VİDEO)

Texnologiya
05.08.2020 PAYLAŞIM

    Crew Dargon kosmik gəmisinin BKS-dən (Beynəlxalq Kosmik Stansiya) Yer kürəsinə qayıtdıqdan iki gün sonra SpaceX şirkəti özünün Starship kosmik gəmisinin prototipinin testini davam etdirdi. Bir sıra uğursuz testlərdən sonra SpaceX-in sayca 5-ci Starship prototipi bu dəfə testdən uğurla keçdi. Bu barədə The Verge saytı xəbər verib.

    Şirkət sonunda kosmik gəminin prototipinin ilk uçuşunu reallaşdıraraq onu göyə qaldıra bilib. Belə ki, prototip model ilk önə 152 metr hündürlüyə qalxıb və daha sonra uğurla eniş edib. Qeyd etmək lazımdır ki, SpaceX şirkəti Starship-i Aya və Marsa olacaq uçuşlarda istifadə etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, testdən keçmiş prototip model sadəcə 1 ədəd Raptor mühərrikinə sahib olub.


    Kosmik gəminin final versiyası isə 6 dədə Raptor mühərriki ilə təchiz olunmalıdır. Şirkətin hesablamalarına əsasən 6 Raptor mühərrikinə sahib olacaq Starship-in final versiyası 120 metr hündürlüyə və 10 metr diametrə sahib olacaq. Bununla yanaşı mühəndislərin sözlərinə əsasən bu kosmik gəmi Yer kürəsinin aşağı orbitinə 100 ton yük daşıya biləcək. Planetlərarası uçuşlar üçün isə Starship-ə Super Heavy adlı böyük sürətləndirici raketin quraşdırılması planlaşdırılır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nvidia-ın əsl əjdahası RTX 3090 videokartının performans test nəticələri yayımla..

Nvidia şirkətinin RTX 3000 seriyasındakı ən güclü videokartı olan RTX 3090-ın benchmark nəticələri o..


Apple AirPower Mini naqilsiz şarj stansiyasının real fotoları sızdırılıb

Naqilsiz şarj stansiyası olan AirPower-in ilk hazırlanma mərhələsindəki uğursuz nəticə Apple şirkəti..


Sony şirkəti PlayStation 5-in qiymətini rəsmi olaraq açıqlayıb

Sony şirkəti gecə keçirtdiyi təqdimat çərçivəsində PlayStation 5 konsolunun qiymətini və startda han..


Professional Apple AirPods Studio qulaqlığının real fotosu sızdırılıb

Artıq bir neçə aydır ki, internetdə olan məlumatlara əsasən Apple şirkəti AirPods Studio adlı yeni p..


GoPro yeni Hero 9 Black action kamerasını təqdim edib - QİYMƏTİ

GoPro şirkəti özünün yeni Hero 9 Black action kamerasını təqdim edib. Yeni kamera modeli əvvəlki Her..


Apple şirkətinin yeni A14 Bionic prosessoru Snapdragon 875-dən az performanslı o..

Prosessorun daha detallı analizi onu göstərir ki, A14 Bionic Apple şirkətinin dediyi kimi heç də o d..

×