main-post-cover

    SpaceX açıq kosmosa çıxış üçün nəzərdə tutulmuş yeni skafandrını təqdim edib (VİDEO)

    Elm & Texnologiya
    07.05.2024
    Brilyant Rasulova
         SpaceX şirkətinin özünün EVA (Extravehicular Activity) adlı yeni skafandrını təqdim edib. Bu skafandr Polaris adlı kosmik uçuş proqramı çərçivəsində şirkətin Crew Dragon kosmik gəmisindən açıq kosmosa çıxış üçün istifadə ediləcək. EVA adlı yeni skafandr şirkətin hal-hazırda öz idarə olunan uçuş missiyalarında istifadə edilən skafandrların əsasında hazırlanıb. SpaceX mühəndisləri yeni skafandrın konstruksiyasında çoxlu sayda dəyişiklik ediblər. Bunun sayəsində skafandrı kosmik gəmidən kənarda istifadə etmək daha əlverişli olub. Mühəndislər skafandrın hərəkət edən sahələrinin konstruksiyasını təkmilləşdiriblər.
         Skafandrın təkmilləşdirilmiş dəbilqəsi isə astronavtın gözlərinin Günəş işığından qorunması üçün yeni növ örtüyə sahibdir. Dəbilqəyə üstəlik proyeksiya ekranı inteqrasiya edilib. Astronavt açıq kosmosa çıxan zaman skafandrın vəziyyəti ilə bağlı məlumatları həmin proyeksiya ekranında görə biləcək. EVA skafandrı ilk dəfə Polaris proqramının bir hissəsi olan Polaris Dawn adlı missiya çərçivəsində istifadə ediləcək. Qeyd etmək lazımdır ki, bu proqram milyarder Jared Isacman tərəfindən maliyyələşdirilir. O və əlavə 3 nəfər şəxs yaxın zamanda kosmosa turistik uçuşda iştirak edəcəklər. Məhz həmin uçuş çərçivəsində Crew Dragon kosmik gəmisindən açıq kosmosa çıxışın reallaşdırılması planlaşdırılır. Məlumata əsasən EVA skafandrı bütün mümkün testlərdən uğurla keçib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    SpaceX şirkəti kosmik turizm biznesini işə salmağa hazırlaşır
    spacex-sirketi-kosmik-turizm-biznesini-ise-salmaga-hazirlasir
    SpaceX-in Falcon 9 raketinin birinci pilləsi 300-cü uğurlu enişini reallaşdırıb
    spacex-in-falcon-9-raketinin-birinci-pillesi-300-cu-ugurlu-enisini-reallasdirib
    Starship dördüncü orbital uçuşa hazırlaşır
    starship-dorduncu-orbital-ucusa-hazirlasir
    SpaceX Starship-in üçüncü orbital uçuş cəhdini uğurla reallaşdıra bildi (VİDEO)
    spacex-starship-in-ucuncu-orbital-ucus-cehdini-ugurla-reallasdira-bildi-video
    Starship üçüncü orbital uçuş cəhdi üçün hazırdır
    starship-ucuncu-orbital-ucus-cehdi-ucun-hazirdir