Sony Xperia 5 Plus flaqman smartfonunun ilk render fotoları təqdim olundu
Elm & Texnologiya
07.01.2020
Farid Pardashunas
OnLeaks ləqəbi ilə tanınan məşhur insayder hələ təqdim edilməmiş Sony Xperia 5 Plus flaqman smartfonunun ilk render fotolarını təqdim edib. Qeyd etmək lazımdır ki, sözügedən smartfon keçən il təqdim edilmiş Xperia 5 modelinin Plus versiyasıdır və onlar xarici görünüşcə bir-birilərindən fərqlənirlər. Bu barədə Slashleaks saytı xəbər verib.
Təqdim edilmiş fotolardan da görmək olar ki, Xperia 5 Plus smartfonu şirkət üçün tamamilə yeni olan dizaynda reallaşdırlacaq. 6.6 düym OLED ekran smartfonun ön panelini tamamilə əhatə edir və yuxarı-aşağı hissələrdən nazik simmetrik çərçivələr ilə əhatə olunub. Həmin çərçivələrə isə danşıq üçün nəzərdə tutulmuş səsgücləndiricilər yerləşdirilib.
Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək. Smartfon həmçinin yuxarı hissədən 3.5 mm-lik audiogirişə və aşağı hissədən USB Type-C girişinə sahib olacaq. Arxa paneldə 3 əsas kamera modulu və əlavə ToF modul yerləşdiriləcək. Sony Xperia 5 Plus-ın texniki göstəriciləri və təqdimat tarixi barəsində heç bir məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Microsoft nə üçün data mərkəzlərini okeanın dərinliklərində yerləşdirir?
Əfsanənin geri dönüşü: Winamp musiqi servisinin istifadəyə veriləcəyi tarix açıqlandı