SoftBank və Toyota Uber'in pilotsuz avtomobillərinə 1 milyard dollar investisiya yatıra bilərlər
Elm & Texnologiya
15.03.2019
Farid Pardashunas
SoftBank və Toyota da daxil olmaqla bir neçə investordan ibarət qrup Uber şirkətinin pilotsuz avtomobillər ilə məşğul olan şöbəsinə 1 milyard dollar investisiya yatırılması üzrə danışıqlar aparır. Bu barədə bir neçə nüfuzlu sayt (Reuters, The New York Times və The Wall Street Journal) xəbər verib. Məlumata əsasən nəticə etibarilə müqavilə bağlanmaya da bilər. Lakin danışıqların uğurlu olacaqları halında müqavilənin bağlanması artıq gələn ay elan oluna bilər. Uber şirkətinin pilotsuz avtomobillər ilə məşğul olan şöbəsinin sözügedən investisiyanı alma şərtləri arasında investorlar üçün bu şöbənin səhmlərinin verilməsi var.
Lakin buna baxmayaraq pilotsuz avtomobillər şöbəsi üzrə idarəetmə Uber şirkətinə məxsus solacaq. Müqavilə baş tutarsa Uber şirkətinin pilotsuz avtomobillər üzrə şöbəsinin dəyəri 5-10 milyard dollar dəyərində qiymətləndirilə bilər. Əldə olunacaq vəsaitləri isə şirkət pilotsuz avtomobillər şöbəsinin tədqiqatlarına xərcləyəcək. Bundan əlavə olaraq yeni investisiyalar Uber şirkətinin IPO-na diqqətin artmasına da səbəb ola bilər. IPO nəticəsində isə Uber şirkətinin bazar dəyəri 120 milyard dollar təşkil edə bilər. Qeyd etmək lazımdır ki, 2018-ci ilin yanvar ayında SoftBank Uber şirkətinin səhmlərinin 15%-ni alaraq şirkətin ən böyük səhmdarı olmuşdu.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ