Snapdragon 875 yeni çipset nüvələri ilə performansda nirvana olacaq

Snapdragon 875 yeni çipset nüvələri ilə performansda nirvana olacaq

Texnologiya
03.06.2020 PAYLAŞIM

        Qualcomm şirkəti hər ilin sonlarında Android smartfonlar üçün yeni flaqman çipsetlərini təqdim edir. Adətən 25-30% aralığında standart performans artışı olan çipsetlərdə bu il fərqlilik olacaq. Beləki Snapdragon, MediaTek, Kirin, Exynos kimi çipsetlərin nüvə arxitekturalarını hazırlayan ARM şirkəti əvvəlki nəsillə müqayisədə 30%-dan daha güclü olan Cortex A-78Cortex X1-i təqdim etmişdi. Qualcomm şirkəti də bu nüvələri özünün ən müasir çipseti Snapdragon 875-də istifadə edəcək.

Snapdragon 875 çipseti 1+3+4 kimi nüvə düzülüşünə malik olacaq.


        Yəni 1 ədəd çox yüksək tezlikli Cortex X1 nüvəsi, 3 ədəd yüksək tezlikli Cortex A-78 nüvələri və 4 ədəd də az enerji istifadə edən Cortex A-55 nüvəsinin yeni versiyası ola bilər. Qeyd edək ki, Cortex X1 nüvəsi Snapdragon 865-də istifadə edilən Cortex-A77 nüvəsinə nəzərən 30% daha güclüdü. Həmçinin Cortex-A78 nüvəsinə görə isə süni zəka işlərində 2 dəfə daha üstündür. Hətta iddialara görə şirkət az enerji nüvələrini belə yeni Cortex-A78-dən seçə bilər. Bu halda demək olar ki, yeni SoC 875 çipseti ən zirvə, ən güclü çipset olacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Intel yeni Thunderbolt 4 protokolunu təqdim etdi: Komputerlərə 8K ekran dəstəyi ..

Intel şirkəti Thunderbolt portu üçün yeni Thunderbolt 4 protokolunu təqdim etdi.


5G şəbəkəsinin canlı orqanizmə ciddi təsir edib-etməməsi üzrə tədqiqat aparılıb..

Mütəxəssislər arasında 5G mobil şəbəkəsinin təhlükəsizliyi barəsində yekun bir fikir hələ də yoxdur...


Beşinci səviyyəli avtopilot sisteminə sahib avtomobillər nə zaman işıq üzü görəc..

Tesla elektromobillərində olan avtopilot sistemi hal hazırda olan ən təkmilləşdirilmiş avtopilot sis..


Azərbaycanda Medtech

Bu gün dünyada və Azərbaycanda bu cür texnologiyaların inkişafı haqqında  "Techealth" MedT..


Huawei öz əsas rəqibini geridə qoyaraq dünyanın ən böyük smartfon istehsalçısı o..

2018-ci ildə Huawei smartfon istehsalı məsələsində Apple şirkətini geridə qoyaraq dünyanın ikinci ən..


Qualcomm şirkəti Snapdragon 865 Plus-ı təqdim edib: Adi Snapdragon 865-dən nə il..

Qualcomm öncədən heç bir anons etmədən Snapdragon 865 Plus prosessorunu təqdim edib.

×