Samsung-un yeni və haqqında heçnə bilinməyən texnologiyası: NEON
Elm & Texnologiya
25.12.2019
Nijat Hamid
Samsung yenə CES sərgisində iştirak edəcək. CES 2020 sərgisinə hazırlıq görən şirkət yeni süni zəka texnologiyası olan NEON-u təqdim edəcək. Lakin bu texnologiya haqqında heçnə bəlli deyil. Shekhar Kapur tərəfindən verilən məlumata görə bu texnologiya istifadəçilərin "ən yaxın dostu" olacaq.
NEON texnologiyası Samsung Star Labs tərəfindən hazırlanıb.
Bir digər təxminlərə görə isə bu texnologiya Samsung-un səsli asistenti Bixby üçün bəzi yeniliklər gətirəcək. Həmçinin NEON-un geyinilə bilən bir texnologiya olacağı da təxmin edilir. Bütün bu sualların cavabını 7 Yanvarda başlayan CES 2020 sərgisində görəcəyik. Həmçinin bu sərgidə Galaxy Note 10 Lite və S10 Lite modelləri də təqdim ediləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ