main-post-cover

    Samsung-un 2021-də çıxaracağı smartfonlar AMD qrafik çipləri istifadə edəcək

    Elm & Texnologiya
    04.05.2020
    Nijat Hamid
            Keçən il AMDSamsung müqavilə imzaladıqlarını, çip istehsalında birliktə işləyəcəklərini bildirmişdilər. Bu ortaqlıq görünən odur ki, öz meyvəsini verməyə başlayıb. Sammobile tərəfindən verilən məlumata görə Samsung 2021-də çıxaracağı smartfonlarda AMD ilə birliktə hazırladığı mobil qrafik prosessorunu istifadə edəcək

    AMD şirkəti Samsung-un 5 nm ölçülü qrafik çipləri üçün xüsusi optimizasiyalar edib.

            GFXBench tərəfindən sızdırılan məlumatlara görə AMD Samsung-un ortaq hazırladığı qrafik çiplər Exynos 1000 prosessorunda istifadə ediləcək. Test nəticələri də həmçinin gözləniləndən daha yaxşı olub. Beləki bu qrafik prosessorun test nəticəsi Qualcomm şirkətinin ən sonuncu Adreno qrafik çiplərindən 3 dəfə daha güclü olduğu göstərir. Qeyd edək ki, Qualcomm-un hazırladığı Adreno qrafik çipləri AMD şirkətinin köhnə Radeon texnologiyası əsasında hazırlanır. Qısaca Adreno çiplərinin əsasında da AMD texnologiyası var.
            Hal-hazırda Samsung, Galaxy Note 20 smartfonu üçün Exynos 992 prosessoru üzərində işləyir. 2021-ci ildə isə yeni flaqman modellərində Exynos 1000 prosessoru istifadə ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər