main-post-cover

    Samsung şirkəti stilusa sahib qatlana bilən smartfonun patentini əldə edib

    Elm & Texnologiya
    07.10.2019
    Farid Pardashunas
        Qatlana bilən Galaxy Fold-un növbəti versiyası barəsində demək olar heç bir məlumat yoxdur. Lakin Samsung şirkəti artq növbəti qatlana bilən smartfon modelinin patentini əldə edib. Patentə əsasən yeni qatlana bilən smartfon özündə Galaxy Fold ilə Galaxy Note seriyasının özəlliklərini birləşdirəcək. Bu barədə Letsgodigital saytı xəbər verib.
        Təqdim olunmuş patent sənədlərinə əsasən yeni qatlana bilən smartfonun əsas özəlliklərindən biri də o olacaq ki, onu iki istiqamətə qatlamaq mümkün olacaq. Həm daxili istiqamətə həm də xarici istiqamətə. Smartfonun daha bir özəlliyi ondan ibarət olacaq ki, o, S Pen stilusunu dəstəkləyəcək. Məlumata əsasən Samsung-un yeni qatlana bilən smartfon modelləri 8 düym-lük ekranlara və stilusun saxlanılması ilə şarj olunması üçün xüsusi hissəyə sahib olacaqlar. Güman olunur ki, şirkət Galaxy Fold 2-ni gələn ilin fevral ayında keçiriləcək MWC 2020 (Mobile World Congress) sərgisində təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər