main-post-cover

    Samsung Galaxy Note 10 Pro'nun render fotoları təqdim olundu

    Elm & Texnologiya
    07.06.2019
    Farid Pardashunas
        Dünən Galaxy Note 10 modelinin keyfiyyətli render fotolarını paylaşandan sonra OnLeaks ləqəbi ilə tanınan məşhur insayder smartfonun Pro modelinin də render fotolarını təqdim edib və onun barəsində bəzi məlumatları verib. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim olunmuş render fotolarından da görmək olar ki, Pro modelin dizaynı adi Galaxy Note 10-nun dizaynı ilə eyni olacaq.

        Yəni, düzbucaqlı gövdə, Infinity-O ekran, ekranın yuxarı hissəsinin mərkəzində ön kamera üçün kiçik dairəvi hissə, əyilmiş kənar tərəflər və şaquli şəkildə yerləşdirilmiş arxa kameralar. Adi Galaxy Note 10-dan Pro modeli fərqləndirən özəlliklər sırasında smartfonun bir qədər böyüdülmüş ölçüsü və onun arxa panelində 4 ədəd kameranın yerləşməsi var.. Dördüncü kamera arxa paneldə yerləşən işıqlandırma sisteminin yanındadır. Pro modelində də qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş hissəsi və Bixby səsli köməkçini aktivləşdirmək üçün əlavə fiziki düymə olmayacaq.

        Son məlumat sızıntılarına əsasən Galaxy Note 10 Pro modeli 3040x1440 piksel keyfiyyətli 6.75 düym Dynamic AMOLED ekran (HDR10+ dəstəkli), Snapdragon 855 / Exynos 9825 prosessoru, 12 GB RAM, UFS 3.0 standartlı daxili yaddaş həcmi və 45 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Yeni Galaxy Note 10 seriyasının avqust ayında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər