main-post-cover

    Samsung Galaxy M40 smartfonunun rəsmi təqdimat tarixi elan olundu

    Elm & Texnologiya
    29.05.2019
    Farid Pardashunas
        Dünən verdiyimiz xəbərdə Samsung şirkətinin Galaxy M seriyasının yeni smartfon modeli olan Galaxy M40-ın rəsmi render fotoları əks olunmuşdu. Bugün isə şirkət sözügedən smartfon modelinin rəsmi təqdimat tarixini elan etdi. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə şirkətin rəsmi dəvətnaməsinə əsasən Galaxy M40 modeli 11 iyun tarixində Hindistanda təqdim olunacaq. Qeyd etmək lazımdır ki, son məlumatlara əsasən həmin təqdimat tədbirində həmçinin ultrabüdcəli Galaxy A10s modelini də təqdim etməlidirlər.

        Daha öncəki məlumatlara əsasən Galaxy M40 modeli 6.4 düym ekrana sahib olacaq və ekran üzərində Galaxy S10-dakı kimi ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə yerləşəcək. Smartfon həmçinin 8 nüvəli Snapdragon 675 prosessoru, 6 GB RAM, üçlü arxa kamera, 5000 mAh enerji tutumlu batareya və USB-C girişi ilə təchiz olunmalıdır. Smartfonun One UI interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışacağı gözlənilir. Galaxy M40 modelinin 360$ civarında satılacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər