Samsung Galaxy A90 barəsində yeni məlumatlar verilib
Elm & Texnologiya
26.06.2019
Farid Pardashunas
Bir neçə gün bundan öncə OnLeaks ləqəbi ilə tanınan məşhur insayder bildirmişdi ki, Galaxy A90 smartfon modeli şirkətin yeni Galaxy R seriyası altında satışa çıxacaq. Bugün isə insayder sözügedən smartfon modeli barəsində yeni məlumatlar verib. Bu barədə Gagadget saytı xəbər verib. İnsayderin verdiyi məlumata əsasən bu smartfon iki versiyada təqdim olunacaq.
Onlardan biri SM-A908, digəri isə SM-A905 model nömrəsinə sahibdir. SM-A908 model nömrəsinə sahib olan smartfon 6.7 düym ekran, Snapdragon 855 prosessoru və 48 MP + 8 MP + 5 MP üçlü arxa kamera ilə təchiz olunacaq. Həmin modelin əsas özəlliyi isə ondan ibarət olacaq ki, o, 5G modemə sahib olacaq.
SM-A905 model nömrəsinə sahib ikinci smarton modeli də 6.7 düym ekran, Snapdragon 855 prosessoru və üçlü arxa kamera ilə təchiz olunacaq. Lakin birinci modeldən fərqli olaraq ikinci model 48 MP + 12 MP + 5 MP üçlü arxa kameraya sahib olacaq. İkinci smartfon modelinin Tilt OIS adlı eksklüziv funksiyaya sahib olacağı deyilir. Lakin bunun nə funksiya olduğu barəsində bir məlumat yoxdur. Sözügedən hər iki smartfonun nə zaman təqdim olunacağı da hələki bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ