Samsung Galaxy A50 smartfonunun dizaynı ortaya çıxdı

Samsung Galaxy A50 smartfonunun dizaynı ortaya çıxdı

Texnologiya
18.02.2019 PAYLAŞIM

    Droidshout adlı sayt Galaxy A50 smartfon modelinin istifadəçi təlimatı fotosunu təqdim edib. Beləliklə smartfonun xarici görünüşünün necə olacağı məlum olub. Təqdim olunmuş fotodan da görmək olar ki, smartfon genişformatlı ekrana (Infinity U) və ekran üzərində V şəkilli çıxıntı hissəyə sahib olacaq. Barmaq izi skanı texnologiyası smartfonun ekranına inteqrasiya ediləcək. Arxa paneldə isə üçlü kamera və LED işıqlandırma sistemi yerləşəcək.


    Galaxy A50 həmçinin 3.5 mm-lik audiogiriş, USB-C girişi və Google Pay ödəmə sistemi üçün NFC modul ilə də təchiz olunacaq. Əvvəlki məlumat sızıntılarına inansaq, Galaxy A50 smartfonu Full HD+ keyfiyyətli 6.4 düym Super AMOLED ekran, Exynos 9610 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 25 MP (f/1.7 diafraqmalı) + 5 MP (f/2.2 diafraqmalı) + 8 MP (f/2.4 diafraqmalı) üçlü arxa kamera, 24 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy A50 smartfonu yaz fəslinin əvvəlində təqdim olunmalıdır.





SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Xanımlar üçün 500 Manatlıq Texnologiya səbəti | Hədiyyə edirik

31 Oktyabr axşam saat 20:00-da isə ənənəvi canlı yayımımız Facebook səhifəmizdə olacaq. Və 5 nəfər ş..


Elon Musk yeni smartfon alandan sonra köhnəsini məhv edir

Yeni smartfonun alışından sonra köhnə smartfon modelinin aqibəti müxtəlif cür olur.


Hyundai şirkəti gələcəyin avtomobillərinə 35 milyard dollar investisiya yatıraca..

Cənubi Koreya prezidenti Moon-Jae-in düşünür ki, 2030-cu ilə kimi Cənubi Koreya yollarında olacaq nə..


NASA agentliyi Ay və Mars üçün nəzərdə tutulmuş yeni kosmik skafandrları təqdim ..

Hələ bir neçə müddət bundan öncə NASA agentliyi yeni kosmik skafandrın hazırlanması sifarişini vermi..


Xiaomi şirkəti gələn il çoxlu sayda 5G dəstəkli smartfon satışa çıxardacaq..

Keçirilmiş 6-cı beynəlxalq internet konfransı çərçivəsində Xiaomi şirkətinin təsisçisi Lei Jun, 5G ş..


HTC şirkəti Exodus 1s adlı büdcəli kriptovalyuta smartfonunu təqdim etdi

Hələ bu ilin may ayında HTC şirkəti Exodus 1s adlı kriptovalyuta smartfonu barəsində planlarını açıq..