main-post-cover

    Redmi Note 9 və Redmi Note 9 Pro smartfonlarının sahib olacaqları prosessor modelləri məlum oldu

    Elm & Texnologiya
    11.03.2020
    Farid Pardashunas
        Məşhur bençmark saytı olan Geekbench-in məlumatlar bazasında Redmi Note 9Redmi Note 9 Pro smartfon modelləri aşkar ediliblər. Bu barədə GSMarena saytı xəbər verib. Son məlumat sızıntılarına əsasən Xiaomi Merlin kod adına sahib smartfon məhz Redmi Note 9-dur. Geekbench məlumatlarına əsasən sözügedən model MediaTek-in 8 nüvəli prosessor modeli əsasında çalışacaq. Geekbench-in məlumatlar bazasında smartfonun dəqiq olaraq hansı MediaTek modeli ilə təchiz olunacağı qeyd olunmayb.
        Lakin bir sıra mənbələrin verdikləri məlumatlara əsasən söhbət, Helio G70 prosessor modelindən gedir. Sözügedən prosessor modeli 12 nanometrlik texnoloji proses əsasında hazırlanıb və özündə Cortex-A75 ilə Cortex-A55 nüvələrini birləşdirir. Smartfon Geekbench-in birnüvəli testində 345 xal, çoxnüvəli testində isə 1247 xal toplayıb. Redmi Note 9 Pro modelinə gəldikdə isə Geekbench məlumatlarına əsasən o, Snapdragon prosessor modeli ilə təchiz olunacaq. Məşhur hindistanlı insayder Ishan Agarwal-ın sözlərinə əsasən bu, Snapdragon 720G prosessorudur.
        Redmi Note 9 Pro modeli Geekbench-in birnüvəli testində 569 xal, çoxnüvəli testində isə 1755 xal toplayıb. Hər iki smartfon modeli 6 GB RAM ilə təchiz olunacaq və Android 10 əməliyyat sistemi vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Redmi Note 9 smartfon seriyası sabah Hindistanda təqdim olunacaq. Bir sıra məlumat sızıntılarına əsasən təqdimat tədbirində Redmi brendi həmçinin Redmi Note 9 Pro Max smartfon modelini də təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər