Redmi Note 8T ilə Redmi 8A Pro modelləri fake ola bilərlər
Elm & Texnologiya
30.09.2019
Farid Pardashunas
Bir neçə müddət bundan öncə məşhur hindistanlı insayder Mukul Sharma bildirmişdi ki, Xiaomi şirkəti Snapdragon 730G prosessoruna sahib Redmi Note 8T smartfon modeli üzərində çalışır. Lakin görünür, bu smartfon heç zaman işıq üzü görməyəcək. Belə ki, dəfələrlə doğru məlumatlar vermiş Xiaomishka ləqəbli insayder qeyd edib ki, Redmi Note 8T modeli sadəcə olaraq fakedir və onu gözləməyə ehtiyac yoxdur. Bu barədə Gagadget saytı xəbər verib. Bununla yanaşı insayder qeyd edib ki, bir neçə müddət bundan öncə məlumatı ortaya çıxmış Redmi 8A Pro modeli də Redmi Note 8T kimi fakedir. Əvvəlki məlumat sızıntısında isə qeyd olunmuşdu ki, Redmi 8A Pro modeli artıq 8 oktyabr tarixində təqdim olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Microsoft nə üçün data mərkəzlərini okeanın dərinliklərində yerləşdirir?
Əfsanənin geri dönüşü: Winamp musiqi servisinin istifadəyə veriləcəyi tarix açıqlandı