Reklam
Redmi brendinin rəhbəri Redmi K30 Pro'nun təqribi qiymətini açıqladı

Redmi brendinin rəhbəri Redmi K30 Pro'nun təqribi qiymətini açıqladı

Texnologiya
10.09.2019 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə Redmi brendinin rəhbəri Liu Weibing bildirmişdi ki, Redmi K30 smartfon modeli Redmi brendinin 5G dəstəkli ilk smartfon modeli olacaq. Liu Weibing sözügedən smartfon barəsində yenə danışıb və bildirib ki, o demək olar hazırdır. Bununla yanaşı o, smartfonun təqribi qiymət göstəricisinə də işarə edib. Beləliklə Redmi brendi bazarda 5G dəstəkli ən büdcəli smartfonlardan birini təqdim edəcək. Bu barədə Gizchina saytı xəbər verib.

    İstifadəçilərdən biri Çinin Weibo sosial şəbəkəsində Liu Weibing-ə belə bir sual verib: “Redmi K30-un 281$-dan aşağı qiymətə satılacağını gözləmək olarmı?”. Liu Weibing isə suala tam dəqiq cavab verməyərək bildirib ki, 5G texnologiyası hələ bahalı olan bir texnologiyadır və çətin ki, şirkət həmin qiymət göstəricisindən aşağısına sahib bir smartfon təqdim edə bilsin. Redmi brendinin rəhbəri bildirib ki, Redmi K30 Pro modeli qiymət və keyfiyyət arasındakı balans əsasında hazırlanıb.


    Bu həqiqətən də belədir. Nəzərə alsaq ki, hal hazrda 5G dəstəkli smartfonun ortalama qiyməti 500$-dır, Redmi K30 Pro modeli bu qiymətdən aşağı qiymət göstəricisinə sahib olacaq. Qeyd etmək lazımdır ki, Redmi K30 Pro modeli 5G dəstəkli Snpadragon 700 seriyasından olan prosessor modelini əldə edə bilər. Bir neçə müddət bundan öncə Xiaomi şirkəti bildirmişdi ki, o, bu seriyadan olan prosessora sahib smartfonu istehsal edəcək ilk şirkət olacaq. Buna baxmayaraq Redmi K30 smartfon seriyasının təqdimatını 2020-ci ilin birinci yarısından tez gözləmək lazım deyil.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Havadan CO2 qazını yığan qurğuların ABŞ-da inşasına start verilib

ABŞ-da Project Bison adlı layihəyə start verilib. Sözügedən layihə havadan CO2 qazının yığılmasına v..


Avropada smartfonlar üçün holoqrafik videozəng texnologiyası hazırlanır

Deutsche Telekom, Orange, Telefonica və Vodafone mobil operatorları holoqram formatında videozənglər..


Google şirkəti Dolby Atmos ilə HDR-ın analoqlarını hazırlayır

Həcmli səs formatı olan Dolby Atmos ilə HDR video formatı böyük məşhurluğa sahibdirlər.


NVIDIA pilotsuz avtomobillər üçün süni zəka əsaslı Drive Thor adlı yeni prosesso..

NVIDIA şirkəti pilotsuz avtomobillər üçün nəzərdə tutulmuş Drive Thor adlı yeni prosessorunu təqdim ..


NIVIDA şirkəti GeForce RTX 4000 videokart seriyasını təqdim edib - QİYMƏTİ..

NVIDIA şirkəti rəsmi olaraq yeni GeForce RTX 4000 videokart seriyasnı təqdim edib.


Saniyədə 100 Mbit sürət: Starlink öz imkanlarını təyyarə sərnişinlərinə sərgiləy..

SpaceX şirkəti Starlink peyk internetinin yer səthindən 9000 metr hündürlükdə Youtube və Netflix-i ə..

×