main-post-cover

    Redmi 8 barəsində bəzi məlumatlar təqdimatdan bir gün öncə ortaya çıxdı

    Elm & Texnologiya
    08.10.2019
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə ultrabüdcəli Redmi 8A smartfon modeli təqdim olunmuşdu. Artıq sabah isə Redmi 8 smartfonu təqdim olunacaq. Xiaomi şirkəti təqdimatı gözləməyərək öz saytında bu smartfon barəsində bəzi məlumatları yerləşdirib. Bu barədə 4pda saytı xəbər verib. Təqdim olunmuş fotolardan da görmək olar ki, Redmi 8 modeli ekran ətrafında daha nazik çərçivələrə sahib olacaq. Ekran üzərində yerləşdirilmiş damcı formalı çıxıntı hissə isə öz dizaynını bir qədər dəyişəcək.
        Arxa paneldən smartfon çox güman ki, Redmi Note 8 Pro-ya bənzəyəcək. Lakin bir fərq ondan ibarət olacaq ki, Redmi 8-in arxa panelində iki kamera modulu yerləşdiriləcək. Arxa kameranın alt hissəsində isə barmaq izi skanı texnologiyası olacaq. Bununla yanaşı şirkətin saytında qeyd olunub ki, smartfonun ekranı cızıqlara daha davamlı olacaq. Son məlumat sızıntılarına əsasən Redmi 8 modeli Snapdragon 439 prosessoru, 12 MP-lik ikili arxa kamera və 10 vatt gücündə sürətli enerji yığma texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər