Razer Phone 2 gamer smartfonu təqdim olundu

Razer Phone 2 gamer smartfonu təqdim olundu

Texnologiya
11.10.2018 PAYLAŞIM

    Gamerlər üçün oyun cihazları və aksessuarları istehsal edən Razer şirkəti özünün Razer Phone 2 gamer smartfonunu təqdim etdi. Yeni model smartfon 120 GHz tezlikli ekran, flaqman özəlliklərə və yüksək qiymət göstəricisinə sahibdir. Razer Phone 2 aqressiv xarici görünüşə sahibdir. Belə ki, smartfonun öz ölçüsü böyük, bucaqları isə düzdür. Bununla yanaşı smartfonun arxa panelində qaranlıqda işıq saçan Razer loqosu var. Loqonun rəngini ayarlar vasitəsilə dəyişmək olar. Bundan əlavə olaraq həmin loqo bildirişlər indekatoru kimi fəaliyyət göstərir. Smartfonun korpusu şüşədən, çərçivələri isə metaldan hazırlanıb. Korpusun özü IP67 ststandartı üzrə sudan və tozdan qorunma özəllliyinə sahibdir.


Bənzər xəbər


    Müasir smartfonlarla müqayisədə Razer Phone 2 çox qalın çərçivələrə sahibdir. Lakin bunun əsas səbəbi ondan ibarətdir ki, smartfon güclü stereo səsgüclədnriciləri və Dolby Atmos dəstəyini özündə birləşdirir. Razer Phone 2 QHD keyfiyyətli 5.7 inç LCD ekranla təchiz olunub və ekranın özü Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Maraqlısı ondadır ki, ekranın korpusa nisbəti standart olaraq 16:9 olaraq qalıb. Yeni smartfondakı ekran əvvəlki modeldən fərqli olaraq 50% daha parlaq olub. Əsas texniki göstəricilərə gəldikdə isə Razer Phone 2 Snapdragon 845 prosessoru, 8 GB RAM, 64 GB daxili yaddaş (microSD dəstəkli) və QuickCharge 4.0+ sürətli enerji yığma özəllikli 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.


    Bununla yanaşı smartfon həmdə naqilsiz şarj texnologiyasını dəstəkləyir. Birinci Razer Phone-da olmuş kameralar özlərini heç də yaxşı tərəfdən göstərməmişdilər. Lakin yeni smartfonda kameralar təkmilləşdirilib. Belə ki, Razer Phone 2 optik stablizasiya özəlliyinə sahib f/1.75 diafraqmalı 12 MP-lik ikili arxa kamera ilə təchiz olunub. İkinci kamera modulu isə teleobyektivdir. Smartfon həmçinin 8 MP-lik ön kameraya da sahibdir. Razer Phone 2 Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır, Razer Phone 2 800$ qiymətində satılacaq. Smartfonun ön sifarişlərinə artıq start verilib. Onun satışa çıxma tarixi barəsində isə heç bir məlumat verilməyib

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei uşaqlar üçün iki ekranlı yeni smart saatını anons edib

Huawei şirkəti uşaqlar üçün nəzərdə tutulmuş qeyri-adi smart saatı anons edib. Sözügedən smart saatı..


Huawei şirkəti sabahkı təqdimat tədbirini təxirə salıb

Xiaomi-nin ardınca Huawei şirkəti də öz təqdimat tədbirini təxirə salıb. Qeyd etmək lazımdır ki, şir..


Neuralink-in beyin interfeysinə sahib meymun fikir gücü vasitəsilə klaviaturada ..

Elon Musk bildirib ki, onun Neuralink şirkəti tərəfindən hazırlanmş beyin interfeysinin insanlar üzə..


Samsung-un 10 000 mAh-lıq yeni powerbankının render fotoları təqdim edilib

Roland Quandt adlı məşhur insayder Samsung şirkətinin növbəti yeni məhsulunun render fotolarını təqd..


Apple M2 Max prosessoru Geekbench testlərindən keçib

Apple şirkətinin hələ təqdim edilməmiş M2 Max adlı 12 nüvəli prosessoru Geekbench bençmark saytının ..

×