Qualcomm şirkəti Quick Charge 5 sürətli şarj texnologiyasını təqdim edib

Qualcomm şirkəti Quick Charge 5 sürətli şarj texnologiyasını təqdim edib

Texnologiya
28.07.2020 PAYLAŞIM

    Qualcomm şirkəti özünün Quick Charge texnologiyasının 5-ci nəslini təqdim edib. Şirkətin verdiyi məlumata əsasən bu, Android smartfonlar üçün nəzərdə tutulmuş ən sürətli şarj texnologiyasıdır. O, Quick Charge 1-dən 10 dəfə daha sürətli enerji ötürülməsini təmin edir və Quick Charge 4-dən 70% daha effektivdir. Bu barədə 4pda saytı xəbər verib. Quick Charge 5 texnologiyasının əsas özəlliklərindən biri də odur ki, o, ikili batareyaları və 20 volt gücündə cərəyanı dəstəkləyir.


    Nəticədə bu sürətli şarj texnologiyası sayəsində dəstəklənən Snapdragon prosessorlarına sahib smartfonları gücü 100 vatt-dan yuxarı olan şəbəkə adapterləri ilə şarj etmək mümkündür. Quick Charge 5 texnologiyası smartfonu 50%-ə kimi 5 dəqiqə ərzində şarj edə bilər. 100% enerjinin əldə olunması üçün isə 15 dəqiqədən az vaxt lazım olacaq. Qualcomm bildirib ki, bu cür göstəricilərə baxmayaraq qızma temperaturu Quick Charge 4-dən fərqli olraq 10 dərəcə selsi aşağı endirilib. Smart Identification of Adapter Capabilities texnologiyası isə enerji ötürülməsi effektivliyini maksimuma qaldırır, təhlükəsizliyi yüksəldir və şarj adapterinin daha uzunmüddətli istifadəsini təmin edir.

    Quick Charge 5 texnologiyası özündə 12 təhlükəsizlik səviyyəsini birləşdirir. Bura həmçinin qızmadan və yüksək cərəyandan qorunma da daxildirlər. Qeyd etmək lazımdır ki, Quick Charge 5 texnologiyasına sahib şarj adapterləri əvvəlki Quick Charge 2.0, Quick Charge 3.0, Quick Charge 4 və Quick Charge 4+ texnologiyaları ilə uyğunlaşdırılıb. Buna görə Quick Charge 5 texnologiyasını dəstəkləyən adapterləri Snapdragon prosessoruna sahib bir çox smartfon modelində istifadə etmək olar. Quick Charge 5 dəstəkli ilk smartfonlar bu ilin üçüncü rübündə təqdim olunacaqlar. Bu yeni texnologiya artıq Snapdragon 865 Snapdragon 865 Plus prosessorları tərəfindən də dəstəklənir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Mobil operatorlar 5G internetinin real sürətini açıqlayıblar

4G şəbəkəsi ilə müqayisədə yeni nəsil 5G şəbəkəsinin diqqət çəkən sürətdə bağlantı təqdim edəcəyi gö..


SpaceX-in Starship kosmik gəmisinin prototipi sonunda testdən uğurla keçdi (VİDE..

Crew Dargon kosmik gəmisinin BKS-dən (Beynəlxalq Kosmik Stansiya) Yer kürəsinə qayıtdıqdan iki gün s..


Google şirkəti süni zəkanın superkompüterdə öyrənmə sürəti üzrə yeni rekorda imz..

Google şirkəti machine learning dəstəkli superkompüterlərin testlərinin sona çatdığını elan edib. Be..


Elon Musk, Neuralink-in yeni çipinin daha bir özəlliyindən danışdı: Yeni təqdima..

Elon Musk tərəfindən yaradılmış Neuralink şirkəti bu ilin sonunda beyin çiplərinin insan üzərində il..


Google, AirDrop analoqu Nearby Sharing funksiyasını Chrome brauzerinə əlavə edib..

Google şirkəti özünün AirDrop analoqu olan Nearby Sharing funksiyasını ilk növbədə Android 11-in bet..


Tesla elektromobilləri yeni batareyalar hesabına daha çox yol qətt edə biləcəklə..

Batareyanın tərkibində kobalt elementinin miqdarı nə qədər az olarsa enerjinin sıxlığə bir o qədər ç..

×