Qatlana bilən Huawei Mate X smartfonu sentyabra kimi satışa çıxa bilər
Elm & Texnologiya
08.07.2019
Farid Pardashunas
Hələ daha öncədən Huawei şirkəti qatlana bilən Mate X smartfon modelinin satış tarixini təxirə salmışdı və bildirmişdi ki, smartfon bu ilin sentyabr ayında satışa çıxacaq. Lakin yeni məlumatlara əsasən smartfon daha tez satışa çıxacaq. Bu barədə Mydrivers saytına istinadən Gagadget saytı xəbər verib.
Qeyd etmək lazımdır ki, şirkət Mate X-in satışını ona görə təxirə salmışdı ki, o, hazır olmayan məhsulu satışa çıxartmaq istəmirdi. Bundan əlavə olaraq şirkət smartfonu 5G sertifikatlaşdırılmasından keçirtmək üçün əlavə zamana ehtiyac duyurdu. Beləliklə sözügedən smartfon artıq Çinin 3C adlı setifikatlaşdırma agentliyindən sertifikatlaşdırmadan keçdikdən sonra güman etmək olar ki, smartfon daha tez satışa çıxacaq.
Bununla yanaşı bir neçə müddət bundan öncə Çinin Weibo adlı sosial şəbəkəsinin istifadəçilərindən biri Çində yerləşən mağazaladan birində Mate X smartfonuna aid banner reklamlarının fotosunu təqdim etmişdi. Beləliklə ehtimal var ki, smartfon artıq iyul ayında Çində satışa çıxacaq. Burdan da belə qənaətə gəlmək olar ki, smartfonun digər bazarlarda satışa çıxmasını çox gözləmək lazım olmayacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ