main-post-cover

    OnePlus 7T Pro'nun keyfiyyətli fotoları təqdim olundu

    Elm & Texnologiya
    07.10.2019
    Farid Pardashunas
        Məşhur hindistanlı insayder Ishan Agarwall, OnePlus 7T Pro flaqman smartfon modelinin keyfiyyətli fotolarını təqdim edib. Əvvəlcədən də güman edildiyi kimi yeni smartfon xarici görünüşcə OnePlus 7 Pro-dan o qədər də fərqlənməyəcək. Bu barədə Gagadget saytı xəbər verib. Smartfon kənarları əyilmiş ekrana, gövdənin yuxarı hissəsinin daxilinə yerləşdirilmiş ön kameraya və üçlü arxa kameraya sahib olacaq.
        Məlumata əsasən OnePlus 7T Pro modeli 6.65 düym AMOLED ekran, Snapdragon 855 Plus prosessoru, 8/12 GB RAM, 256 GB daxili yaddaş həcmi, 48 MP + 16 MP + 8 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 30 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4085 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon 10 oktyabr tarixində Londonda təqdim olunacaq. Onun güman olunan qiymət göstəricisi isə 680$-dır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər