OnePlus 5T smartfonunun fotoları sızdırıldı
Elm & Texnologiya
20.10.2017
Farid Pardashunas
“OnePlus” şirkətinin təsisçisi Carl Pei-n bir neçə müddət bundan öncə paylaşdığı tweet, şirkətin OnePlus 5 modelinin istehsalatının dayandırılması və yaxın zamanda yeni flaqman modelin təqdim edilməsi xəbərlərini təsdiqlədi.
Məlumatlara əsasən şirkət gələn ay
çərçivəsiz ekrana sahib OnePlus 5T modelini təqdim edə bilər. İndi isə
internetdə sözügedən modelin ilk fotoları sızdırılıb. Çinin bir çox smartfon
istehsalçıları artıq öz çərçivəsz ekrana sahib modellərini təqdim ediblər. “OnePlus”
isə heç kimdən geri qalmaq istəmir. Çox güman ki, şirkətin ilk çərçivəsiz
ekranlı smartfonu məhz aşağıdakı kimi görünəcək. Bir sıra olan məlumatlara əsasən
OnePlus 5T 6 inç-lik ekrana sahib olacaq və korpusun ekrana nisbəti 18:9
olacaq.
Yeni modelin yuxarı və aşağı çərçivələri OnePlus 5 modelindən fərqli
olaraq nazikləşiblər. Bununla yanaşı yeni model həmdə çox nazik kənar çərçivələrə
sahib olacaq. Ekranın alt hissəsində isə Home düyməsi olmayacaq. Arxa tərəfdən
smartfon, OnePlus 5 modelinə oxşar tərzdə qalacaq. Yeganə fərq isə arxa paneldəki
loqonun üstündə yerləşəcək barmaq izi skanı olacaq. Fotodan da görmək olar ki,
OnePlus 5T ikili arxa kameraya sahib olacaq. Çox güman ki, onlar da OnePlus 5
modelindəki kimi biri 20 MP, digəri isə 16 MP olacaqlar. Həmçinin kameralara təsvirin
optik stabilizasiyası özəlliyi də əlavə edilə bilər. Ön kamera 16 MP-lik
olacaq. Ənənəvi 3.5 mm-lik audiogiriş olmayacaq. Prosessor qismində isə 8 nüvəli
Snapdragon 835-in iştirak edəcəyi güman edilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ