Nvidia öz yeni videokartlarını kriptovalyuta mayninqi üçün yararsız edəcək

Nvidia öz yeni videokartlarını kriptovalyuta mayninqi üçün yararsız edəcək

Texnologiya
19.02.2021 PAYLAŞIM

    Kriptovalyutalara marağın çox artdığı bir vaxtda Nvidia şirkəti mayninqlə bağlı rəsmi bəyanat verib. Şirkət kompüter oyunları üçün videokart almaq istəyən insanların hüquqlarını qoruyacağını bildirib. Beləliklə şirkət qeyd edib ki, GPU-nun işini proqram səviyyəsində dəyişməklə o, yeni videokartları mayninqlə məşğul olan insanlardan qoruyacaq. Öz rəsmi bloqunda Nvidia şirkəti bildirib ki, o, GeForce RTX 3060 videokartının hashrate-ni 50% aşağı salacaq. Bu isə öz növbəsində sözügedən videokartı mayninq üçün yararsız edəcək.

    Bununla belə videokartın kompüter oyunları üçün olan performansında heç bir dəyişiklik olmayacaq. Dəyişikliklər sadəcə olaraq mayninq ilə bağlı alqoritmləri əhatə edəcəklər. Şirkət bildirib ki, onun videokartlarında mayninqlə deyil məhz kompüter oyunları ilə maraqlananlar üçün çoxlu sayda innovativ və aparıcı texnologiyalardan istifadə olunur. Alternativ variant olaraq Nvidia şirkəti mayninq ilə məşğul olanlara Nvidia CMP seriyasına daxil olan qrafik çipi almağı təklif edir. Bu qrafik çip isə effektiv soyutma sisteminə sahibdir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk AR eynəyinin nə zaman satışa çıxacağı məlum olub

Facebook-un top meneceri şirkətin ilk AR eynəyi barəsində yeni məlumatlar verib. Verilmiş məlumatlar..


Apple bəzi səbəblərə görə Lightning girişindən imtina etməyəcək

Öz yeni hesabatında məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin gələcəkdə öz məhsullarında Lightni..


Yer kürəsinin orbitində ilk kosmik hotelin inşasına start veriləcək (VİDEO)..

Orbital Assembly Corporation şirkəti dünyanın ilk kosmik hotelinin inşasının tarixini elan edib...


Çinin BOE şirkəti hər iki istiqamətə qatlana bilən ekran yaradıb (VİDEO)..

Bu, BOE şirkətinin eksklüziv texnologiyasıdır və heç bir digər şirkət belə bir texnologiyanın analoq..


10 saniyəlik video 6.6 milyon dollara satılıb

10 saniyəlik vdeonu almış şəxs ümumilikdə hər bir saniyə üçün 660.000$ vəsait ödəyib. ..


Sürücülərin çoxu avtopilot sistemli avtomobillərin istifadəyə verilməsindən qorx..

Amerikalı tədqiqatçılar öyrəniblər ki, sürücülərin böyük hissəsi yollarda pilotsuz avtomobillərin iş..

×