Reklam
Nvidia-dan yeni əjdaha video kartlar gəlir: RTX 3080 və 3070

Nvidia-dan yeni əjdaha video kartlar gəlir: RTX 3080 və 3070

Texnologiya
21.01.2020 PAYLAŞIM

        Nvidia 2020 üçün yeni Amper arxitekturasına keçid eləyir. Həmçinin artıq 7 nm ölçüsündə çiplər istehsal ediləcək. Sızan məlumatlara görə isə şirkətin yeni flaqman modelləri olan Nvidia RTX 30803070 çox güclü olacaq. Yeni nəsil 3000 ailəsi əvvəlki nəsil olan 2000 ailəsinə nəzərən daha performanslı və güclü olacaqlar. 

Amper arxitekturasında hazırlanan və 7 nm ölçülü çipsetləri olan RTX 3000 seriyası çox güclü olacaq. 


        Qeyd edək ki, yeni video kartların Mart ayında keçirilən GPU Technology Conference konfransında təqdim edilməsi gözlənilir. Şirkətin ən üst modelləri olan RTX 30803070 ilə bağlı bəzi detallar artıq indidən bəlli oldu. RTX 3080 video kartı GA103 kod adına malikdir və vRam olaraq 10/20 GB istifadə edəcək. Qeyd edək ki, hal-hazırda video kart ekosistemində 8 GB12 GB ən üst limitlər idi. İndi isə 20 GB Video rama malik video kartlar gəlir. Bu kart həmçinin 340 Bit video yaddaş dəstəyinə malik olacaq.

        GA104 kod adlı RTX 3070 video kartı isə 8/16 GB vRam dəstəyinə malik olacaq və 256 Bit video yaddaş dəstəyinə malik olacaq. Hər iki video kart 7 nm çiplərdən istifadə edəcək, lakin hansı firmanın istehsal edəcəyi bəlli deyil. Təxminlərə görə Samsung şirkətinin istehsal prosesində iştirak edəcəyi düşünülür, lakin alternativ olaraq TSMC şirkəti də var. Qeyd edək ki, Nvidianın ən güclü kartlarından olan RTX 2080 Super belə 8 GB vRam dəstəyinə malikdir. Bu da yeni kartların nə dərəcə güclü olacağını təxmin etməyimizə yardım edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi öz avtopilot texnologiyasını sərgiləyib (VİDEO)

Xiaomi şirkəti özünün avtomobillər üçün nəzərdə tutulmuş avtopilot sistemi barəsində ilk məlumatları..


Xiaomi Mi Pad 5 Pro planşeti, Watch S1 Pro smart saatı və naqilsiz Buds 4 Pro qu..

Qatlana bilən Xiaomi Mix Fold 2 və Redmi K50 Ultra smartfonları ilə yanaşı şirkət həmçinin Mi Pad 5 ..


Xiaomi insana bənzər CyberOne adlı robotu təqdim edib (VİDEO)

Xiaomi şirkəti insana bənzər CyberOne adlı robotu təqdim edib.


Samsung Galaxy Watch 5 smart saatları və naqilsiz Buds 2 Pro qulaqlıqları təqdim..

Samsung şirkəti qatlana bilən yeni smartfonları (Galaxy Z Fold 4 və Galaxy Z Flip 4) ilə yanaşı həmç..


Qatlana bilən smartfon, naqilsiz qulaqlıqlar və planşet: Xiaomi 11 avqustda təqd..

Xiaomi şirkəti 3 yeni məhsulunun tizer materiallarını təqdim edib.


Məşhur analitik Apple şirkətinin qarışıq reallıq cihazı haqqında yeni məlumatlar..

Analitikin sözlərinə əsasən şirkət il ərzində 1.5 milyon ədəd qarışıq reallıq cihazını satışa çıxart..

×