Nothing Ear (2) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Nothing Ear (2) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Texnologiya
23.03.2023 PAYLAŞIM

    Nothing şirkəti növbəti yeni məhsulunu təqdim edib. Söhbət, Nothing Ear (2) adlı naqilsiz qulaqlıqdan gedir. Yeni naqilsiz qulaqlıq xarici görünüşcə 2021-ci ildə təqdim edilmiş Ear (1) ilə eynidir. Lakin öz funksionallığı baxımından Ear (2) daha da təkmilləşdirilib. Ear (1) kimi Ear (2) də Nothing şirkətinin tanınan şəffaf dizaynında reallaşdırılıb. Bununla belə yeni naqilsiz qulaqlıq LHDC 5.0 audio kodekinin dəstəyini əldə edib. Bunun sayəsində Ear (2) Hi-Res audio ötürülməsini təmin edir. Həmçinin yeni qulaqlıq yeni personallaşdırılmş səs profilini əldə edib.


    Onun sayəsində istifadəçi qulaqlıqları öz eşitmə qabiliyyətinə əsasən ayarlaya bilər. Bu, Nothing X adlı tətbiqdəki sürətli testdən sonra reallaşdırılır. İstifadəçi sözügedən tətbiqdə həmçinin öz istəyinə əsasən ekvalayzeri də ayarlaya bilər. Bir çox premium qulaqlıqlar kimi Ear (2) də ətraf səs-küyün aktiv boğulması funksiyasına sahibdir. Bu funksiya ətraf səs-küyü 40 dB-ə (desibel) kimi boğa bilir. Ear (2)-nin fərqləndirici özəlliklərindən biri də odur ki, o, eyni anda iki cihaza qoşula bilir. Şirkət qulaqlıqların sahib olduqları 11.6 mm-lik səsgücləndiriciləri yeni membran ilə təchiz edib.

    Qulaqlıqlar bir dəfə şarj olunandan sonra 6 saat ərzində çalışa bilirlər. Şarj keysi ilə birlikdə bu göstərici 36 saat təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Ear (1) qulaqlıqları şarj keysi olmadan 5 saat, şarj keysi ilə birlikdə 34 saat çalışa bilirlər. Onu da qeyd etmək lazımdır ki, Ear (2)-nin keysi naqilsiz şarj texnologiyasının dəstəyinə də sahibdir. Yeni qulaqlıqların şarj keysi IP55 standartı üzrə, qulaqlıqların özləri isə IP64 standartı üzrə tozdan və sudan qorunurlar. Nothing Ear (2)-nin satışlarına 28 mart tarixində start veriləcək. Onun satış qiyməti isə 149$ təşkil edəcək.



DAHA ÇOX


Analitiklər Apple Vision Pro barəsində fikirlərini söyləyiblər

TrendForce şirkətinin analitiklərinin proqnozlarına əsasən Apple şirkəti gələn il 200 000 ədəd Visio..


Snapdragon 8 Gen 3 hansı performansı sərgiləyəcək?

Qualcomm şirkəti keçən həftə Snapdragon 8 Gen 3 flaqman prosessorunun təqdimat tədbirini anons etmiş..


Apple Vision Pro-nun sahib olduğu batareyanın təqribi həcmi barəsində məlumat ve..

Apple şirkəti öz qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim edən zaman qeyd etmişdi k..


Samsung Galaxy Watch 6 smart saatı hansı gücdə şarj texnologiyasını dəstəkləyəcə..

Samsung şirkətinin iyul ayının sonunda keçirəcəyi Galaxy Unpacked tədbiri çərçivəsində qatlana bilən..


Apple Vision Pro-nun maya dəyəri nə qədər təşkil edir?

Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının təqdimatı WWDC 2023 konfransını..

×