Nazirliyin Data Mərkəzi yeni xidmət istifadəyə verib
12.09.2018
Bot Lala
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən AzInTelecom MMC-nin Data Mərkəzi müştərilərinə yeni xidmət təqdim edir.
Nazirlikdən Technote.az-a verilən məlumata görə, bugündən etibarən Data Mərkəzi müştəriləri Microsoft (MS)Windows Server əməliyyat sistemli virtual maşınlarıaylıq icarə yolu ilə əldə edə biləcəklər.
Data Mərkəzi əməliyyat sisteminin lisenziyasını bulud provayderləri üçün nəzərdə tutulan model əsasında təqdim edir. Sözügedən lisenziyanın icarəsi müştərilərə bir sıra nəzərə çarpacaq üstünlüklər verəcək.
Bununla da, müştərilər kapital xərclərindən azad olaraq istismar xərcləri əsasında MS Windows Server əməliyyat sistemli virtual mühitlərdən faydalana biləcəklər.
Xidmətdən istifadənin rahat dəyişdirilə bilən olması isə tələbat yarandıqca, lisenziyaların sayını asanlıqla uyğunlaşdırmağa imkan verir.
Bundan əlavə, “MS Windows Server”inyenilənməsi üçün müştərilərin əlavə ödəniş etməsinə ehtiyac qalmır. Əməliyyat sisteminin bütün yenilənmələri Data Mərkəzinin resursları hesabına qarşılanır. Beləliklə, virtual mühitdən istifadə etməklə müştərilər hər zaman “MS Windows Server”əməliyyat sisteminin ən son versiyası ilə təmin olunmaq imkanına malik olur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ