main-post-cover

    Microsoft süni intellekt üçün xüsusi şöbə qurur

    Elm & Texnologiya
    01.04.2018
    Nijat Hamid
        Süni zəka və ya intellekt hal-hazırda texnologiyanın ən tez təkminləşən sahələrindən biridir. Artıq bir çox şirkət öz tətbiqlərində xüsusi alqoritmlər ilə hazırlanan süni intellektlərdən istifadə edir. Dünya nəhənglərindən olan Microsoft-un CEO-su Satya Nadella verdiyi açıqlamada 2 ayrı departament quracaqlarını dedi. Bunlar biri "Təcrübələr və Cihazlar", digəri isə "Cloud(Bulud) sistemləri və Süni İntellekt" departamenti olacaq.
        Nadella verdiyi açıqlamada bildirir ki, quracaqları "Cloud(Bulud) sistemləri və Süni İntellekt" şöbəsi ilə birliktə öz bulud servislərində və digər xidmətlərindəki süni intellekt səviyyəsin daha da artırmaq və təkminləşdirmək istəyirlər. Bu şöbə Cloud sistemləri və Sahibkarlıq departamentinin müdür müavini Scott Guthrie tərəfindən idarə olunacaq.
        Qurulacaq digər şöbə olan "Təcrübələr və Cihazlar"-da isə Windows əməliyyat sistemi, Office proqramları və Microsoft-un digər 3-cü tip proqramlarına fokuslanacaq və onları təkminləşdirmək üçün çalışacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər