Microsoft ölmüş insanların virtual kopyalarını yaratmağa imkan verəcək texnologiya üzərində çalışır

Microsoft ölmüş insanların virtual kopyalarını yaratmağa imkan verəcək texnologiya üzərində çalışır

Texnologiya
11.01.2021 PAYLAŞIM

    Microsoft şirkəti çat-botun yaradılması üçün insanların şəxsiyyətlərini virtual dünyada kopyalama imkanını verəcək qeyri adi texnologiya üzərində çalışır. Məlumata əsasən bu texnologiyadan istifadə edərək sosial şəbəkələrdə, messencerlərdə və digər rəqəmsal mənbələrdə olan yazılar əsasında ölmüş insanların rəqəmsal kopyalarını yaratmaq mümkün olacaq. Bu barədə 4pda saytı xəbər verib. Sosial şəbəkələr ilə bağlı problem ondan ibarətdir ki, onlar hansısa şəxsin ölümündən sonra da onun istifadəçi hesabını əks etdirirlər.

    Görünür, Microsoft şirkəti bunu mənfi bir özəllik hesab etmir və ölmüş şəxsin rəqəmsal kopyasını yaratmaq üçün yeni texnologiya fikirləşib. Şirkət tərəfindən əldə olunmuş patentdə qeyd olunub ki, rəqəmsal mənbələrdə olan bu məlumatlar intellektual çat-botun yaradılmasında istifadə olunacaq. Microsoft ölmüş insanın xarici görünüşünü kopyalamaqla kifayətlənmək istəmir.


Belə ki, ölmüş insanın virtual kopyası səsli məlumatlar, müxtəlif fotolar, elektron məktublar və messencerlərdəki mesajlar əsasında əsl psixoloji portretə sahib olacaq

    Bu və ya digər məlumat əsasında virtual kopyanın şəxsiyyətinin xarakterini təyin edəcək rəqəmsal indeks yaradılacaq. Patentin təsvirində həmçinin deep learning texnologiyasından istifadə də qeyd olunub. Bu isə neyron şəbəkələrinin olacağı deməkdir. Lakin bu məlumat hələ dəqiq deyil. Patentə əsasən Microsoft bu cür texnologiyanı hazır proqram təminatı şəklində istifadəyə vermək istəmir. Bunun yerinə o, ödənişli abunəlik sistemi ilə çalşacaq servis yaratmaq niyyətindədir. Bu cür texnologiya sayəsində ölmüş insanların virtual kopyalarını yaratmaqla yanaşı istifadəçi həmçinin öz kopyasını da yarada biləcək. Bu halda istifadəçi özünün həm ikiölçülü modelini həm də fərdi səs nitqinə sahib üçölçülü modelini yarada biləcək. Belə texnologiyanın nə zaman istifadəyə veriləcəyi barəsində bir məlumat yoxdur.
Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Dimensity 1200 və Dimensity 1100: MediaTek 5G dəstəkli 2 yeni mobil prosessoru t..

MediaTek şirkəti rəsmi olaraq 2 yeni mobil prosessoru təqdim edib. Söhbət, Dimensity 1200 və Dimensi..


Elektromobillər üçün sürətli şarj texnologiyasına sahib yeni növ litium-ion bata..

İsrailin StoreDot adlı startapı elektromobillər üçün nəzərdə tutulmuş yeni növ litium-ion batareyası..


Qualcomm büdcəli flaqman smartfonlar üçün 8 nüvəli Snapdragon 870 prosessorunu t..

Qualcomm şirkəti heç gözlənilmədən Snapdragon 870 adlı yeni mobil prosessoru təqdim edib.


İnsayderlər: MediaTek şirkəti Dimensity seriyasına daxil olacaq yeni flaqman pro..

Son zamanlar bazarda ən böyük prosessor istehsalçılarından birinə çevrilmiş MediaTek şirkəti artıq s..


Apple smart saatlar üçün unikal autentifikasiya texnologiyası üzərində çalışır..

Apple şirkətinin demək olar bütün cihazlarında biometrik autentifikasiya sistemi mövcuddur. İstisna ..


Apple M1-ə rəqib?: Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessor üzər..

Apple şirkətinin öz kompüterlərində fərdi prosessordan istifadəyə keçid etməsi uğurla baş tutdu...

×