main-post-cover

    Məşhur robot Sophia 'Ümumdünya Süni Zəka' platformasının yaradılması üçün vəsait yığır

    Elm & Texnologiya
    29.11.2017
    Farid Pardashunas
    Son zamanlarda xüsusi məşhurluq qazanmış Sophia adlı robot “Ümumdünya Süni Zəka”nın yaradılması üçün vəsait yığır.
    Bu barədə Inverse saytı xəbər verib. Belə ki, robot bütün insanları açıq mənbəli süni zəka platforması hazırlayan SingularityNET adlı layihənin crowdfunding-də iştirak etməyə çağırıb. İnvestorların əldə edəcəkləri tokenlər vasitəsilə “Ümumdünya Süni Zəka” platformasında müxtəlif xidmətləri və məhsulları almaq olacaq. Şirkət bildirib ki, o, tərtibatçıların, şirkətlərin və s. insanların müxtəlif problemlərini həll edə biləcək süni zəka alqoritmləri və hesablama gücünə sahib sistem yaratmaq istəyir.

    Bunda marağı olanlar, tokenlər ödəyərək qlobal süni zəkanın gücündən istifadə edə bilərlər. Pul qazanmaq istəyən tərtibatçılar isə bu sistemə öz maraqlı özəlliklərini əlavə edə biləcəklər. Sözügedən sistem açıq mənbəli olacaq və dövlət ilə süni zəka üzrə məşğul olan nəhəng şirkətlərdən azad şəkildə fəaliyyət göstərəcək. Plana əsasən həmin sistem mütəmadi olaraq böyüyüəcək, tərtibatçılar isə onun təkmilləşdirilməsində maraqlı olacaqlar. Bu bir növ blockchain əsaslı süni zəka marketplace-nə bənzəyir.
    Bu layihənin ideyası robototexnika üzrə mütəxəssis və süni zəka üzrə məşhur tərtibatçı Ben Goertzel-ə məxsusdur. O, süni zəka bazarındakı oliqopoliyanı məhv etmək istəyir. SingularityNET-in əsas məqsədi süni zəka üçün desentrəlizə olunmuş şəbəkənin yaradılmasıdır. Layihə yaradıcısının fikrincə süni zəka böyük şirkətlərə məxsus olmamalıdır. Süni zəkalardan hər birinin arxasında insanlar durmalıdır. Məhz bu cür süni zəka cəmiyyət üçün yararlı və şəffaf olar.

    Lakin insan şüuruna sahib alqoritmi hansısa şirkət yaratsa, o ilk öncə həmin süni zəkanı insanlardan əlavə gəlir əldə etmək üçün istifadə edəcək. Hökumətlər isə təbii ki, ondan insanları izləmək üçün istifadə edəcəklər. Bu platformada öz xidmətini Afrikadan olan hansısa tərtibatçı və ya eyni səviyyədə öz məhsullarını orda yerləşdirmək istəyən şirkət də təklif edə bilər. Goertzel bildirib ki, blockchain vicdanlı rəqabəti təmin edə və süni zəkanı inkişafa doğru apara bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər