Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumatlar verib

Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumatlar verib

Texnologiya
21.10.2021 PAYLAŞIM

    Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 prosessorlarının sahib olacaqları əsas özəlliklər barəsində məlumat verib. İnsayderin sözlərinə əsasən hər iki prosessor aparıcı texnoloji proses əsasında hazırlanacaq. Beləliklə verilmiş məlumata əsasən Snapdragon 898 prosessoru Samsung şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında, Dimensity 2000 prosessoru isə TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq.


    Snapdragon 898-in mərkəzi prosessoru 3.0 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X2 supernüvəsindən, 2.5 GHz tezlikdə çalışan 3 ədəd yüksək perofmanslı nüvədən və 1.79 GHz tezlikdə çalışan 4 ədəd enerji effektivliyi nüvəsindən ibarət olacaq. Qrafik çip qismində isə prosessorda Adreno 730 istifadə ediləcək. Dimensity 2000-ə gəldikdə isə onun mərkəzi prosessoru 3.0 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X2 supernüvəsindən, 2.85 GHz tezlikdə çalışan 3 ədəd yüksək performanslı nüvədən və 1.8 GHz tezlikdə çalışan 4 ədəd enerji effektivliyi nüvəsindən ibarət olacaq. Dimensity 2000-də qrafik çip qismində isə Mali-G710 MC10 istifadə olunacaq. Hər iki prosessorun yaxın aylarda təqdim olunacağı gözlənilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İsveçrə hökuməti intihar etmək üçün nəzərdə tutulmuş xüsusi kapsulların istifadə..

Exit International şirkəti intihar etməkdə yardımçı olmaq üçün nəzərdə tutulmuş xüsusi kapsulların h..


Apple şirkətinin ilk AR cihazının əsas özəllikləri barəsində məlumatlar verilib..

Ortaya çıxmış bir çox məlumata əsasən Apple şirkəti gələn il özünün ilk AR cihazını (Artırılmış Real..


Nəyə görə Qualcomm-un yeni prosessoru Snapdragon 8 Gen 1 adını əldə edib?..

Keçən həftə Qualcomm şirkəti Snapdragon 8 Gen 1 adlı yeni flaqman prosessorunu təqdim etmişdi...


Realistik üz mimikalarına sahib Ameca adlı robot sərgilənib (VİDEO)

İnsana bənzəyən robotlar bazarda artıq yeni bir şey hesab edilmir. Məsələn məşhur Boston Dynamics şi..


Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorlarını təqdim edib..

Smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 8 Gen 1 prosessorundan sonra Qualcomm şirkəti noutbukla..


Tesla uşaqlar üçün Cyberquad adlı 4 təkərli motosikli təqdim edib - QİYMƏTİ (VİD..

Tesla şirkəti 2019-cu ildə Cybertruck pikapı ilə birlikdə Cyberquad adlı 4 təkərli motosikli də təqd..

×