Məşhur insayder Evan Blass, Android P'nin final versiyasının dəqiq çıxış tarixini bildirdi
Elm & Texnologiya
04.08.2018
Farid Pardashunas
Məşhur insayder Evan Blass öz Twitter hesabında yeni əməliyyat
sistemi olan Android P-nin final versiyasının çıxış tarixini bildirib. Blass-ın
məlumatlarına əsasən əməliyyat sisteminin final versiyası 20 Avqust tarixində təqdim
olunacaq. Bu tarix göstəricisi məntiqlidir. Belə ki, Android Nougat 22 Avqust,
Android Oreo isə 21 Avqust tarixində təqdim olunmuşdu. Google şirkəti isə
Android P-nin çıxış tarixini hələki sirr olaraq saxlayır. Bununla yanaşı şirkət
həmçinin yeni əməliyyat sisteminin tam adını da açıqlamır. Bir sıra məlumatlara
əsasən növbəti Android versiyası Android Pictachio, Android Popsicle və ya sadəcə
olaraq Android Pie adlana bilər. Qeyd etmək lazımdır ki, Android P-nin artıq 5
test versiyası təqdim olunub. Məlumata əsasən Android P-nin final versiyasını
ilk öncə Pixel və Nokia smartfonları əldə edəcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ