main-post-cover

    Məşhur analitik iPhone SE 2 barəsində bir xeyli məlumat verdi

    Elm & Texnologiya
    28.10.2019
    Farid Pardashunas
        TFI Securities şirkətinin məşhur analitiki Ming-Chi Kuo-nun məlumatlarına əsasən Apple şirkəti iPhone SE 2-nin irimiqyaslı istehsalına 2020-ci ilin yanvar ayında start verəcək. Bu barədə Macrumors saytı xəbər verib. Məlumatda qeyd edilib ki, iPhone SE 2 modeli 4.7 düym LCD ekran (3D Touch texnologiyasız), A13 Bionic prosessoru, LPDDR4X standartlı 3 GB RAM, 64/128 GB daxili yaddaş həcmi və 12 MP-lik ön kamera ilə təchiz olunacaq.
        Həmçinin iPhone SE 2 smartfonu Touch ID texnologiyasını özündə birləşdirən fiziki Home düyməsini də əldə edəcək. Smartfon 3 rəngdə satışa çıxacaq: Space Gray, Silver Product (Red). Xarici görünüşcə yeni model iPhone 8-ə bənzəyəcək. Ola bilər ki, şirkət smartfonu iPhone 8s və ya iPhone 9 adlandırsın. Analitikin proqnozuna əsasən iPhone SE 2 gələn ilin mart ayının sonunda təqdim olunacaq. Onun qiyməti isə 399-449$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər