main-post-cover

    Məşhur analitik Apple şirkətinin növbəti 2 il üçün olacaq yeni məhsulları barəsində məlumat verib

    Elm & Texnologiya
    09.12.2021
    Farid Pardashunas
        Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin növbəti 2 il üçün planlaşdırılan məhsulları barəsində hesabatını təqdim edib. Beləliklə analitikin məlumatlarına əsasən yaxın gələcəkdə Apple şirkətinin məhsullar siyahısına yeni iPhone SE modeli ilə yanaşı həmçinin VR cihaz və yeni Apple Watch modelləri daxil olacaqlar. Analitikin sözlərinə əsasən 2022-ci ildə şirkət 3 Apple Watch modelini təqdim edəcək. Onlardan birincisi sadələşdirilmiş Watch SE, ikincisi idman modeli, üçüncüsü isə daha dözümlü gövdəyə sahib model olacaq. Bununla yanaşı şirkət gələn il həmçinin naqilsiz AirPods Pro 2 qulaqlıqlarını da təqdim edəcək. Daha yaxşı səsləndirmədən əlavə olaraq AirPods Pro 2 qulaqlıqları istifadəçi səhhətinin monitorinqi funksiyasını özlərində birləşdirəcəklər.
        Analitikin sözlərinə əsasən gələn il Apple AR və VR texnologiyaları özündə birləşdirən cihazı təqdim edəcək. Son zamanlarda Apple şirkətinin bu cür cihazı barəsində daha çox məlumat ortaya çıxır. Gözləntilərə əsasən sözügedən cihaz 2 ədəd prosessor il təchiz olunacaq və ilk növbədə mobil oyun həvəskarları ilə multimedia kontenti istehlakçıları üçün nəzərdə tutulacaq. Sonda analitik bildirib ki, 2023-cü ilin əvvəlində yeni iPhone SE modelinin təqdimatı gözlənilir. Güman olunur ki, yenilənmiş iPhone SE modeli daha yaxşı ekrana və 4GB RAM-a sahib olacaq. Bundan əlavə olaraq smartfonun 5G dəstəyini əldə edəcəyi də gözlənilir. Smartfon 2023-cü ilin mart və ya aprel ayında satışa çıxmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər