'Mercedes-Benz', mükəmməl dizayna sahib Mecedes-Maybach 6 Cabriolet adlı lüks elektrik avtomobilini təqdim etdi (VİDEO)
Elm & Texnologiya
21.08.2017
Farid Pardashunas
Monterey Car Week adlı tədbir çərçivəsində “Mercedes-Benz” şirkəti hal hazırda olan elektromobillər arasında bəlkə də ən möhtəşəm dizayna sahib öz elektrik avtomobilini təqdim etdi.
Şirkətin təqdim etdiyi Mercedes-Maybach 6 Cabriolet adlı
elektromobil, 1930-cu illərin art-deko dəbi ilə yüksək texnologiyaların birləşməsini
əks etdirir. Bu avtomobilin dizaynerləri, yaxtalardan ilhamlanaraq
elektromobilin arxa hissəsini sanki qayıq quyruğu tərzində hazırlayıblar.
Avtomobilin uzunluğu 6 metrdir. Bu isə o deməkdir ki, avtomobili park etmək cəhətdən
bəzi problemlər yaşana bilər. Mercedes-Maybach 6 Cabriolet, 4 kompakt sinxron
elektromühərrik ilə təchiz olunub. Yastı enerji batareyası isə avtomobilin
bünövrəsində yerləşir. Şirkətin məlumatına əsasən sözügedən batareya, sürətli
enerji yığma özəlliyinə sahibdir. Belə ki, 100 km yol qətt etmək üçün
batareyanı 5 dəqiqə ərzində enerji ilə təmin etmək kifayət edəcək.
Gələcəyin
avtomobil tendensiyasına uyğun olaraq bu kabrioletin daxilində hər şey
sensorludur. Səsli köməkçilər sürücüyə harda olması, zaman və yoldakı vəziyyət
haqqında məlumatlar verəcək. İnformasiya həmçinin ön şüşənin üzərində də əks
olunacaq. Ön paneldə yerləşdirilmiş və parlayan göy rəngli naqillər,
avtomobilin enerji tutumunu əks etdirir. Analoq indikatorlu rəqəmsal panel isə
keçən əsrə işarə edən dizaynı xatırladır. Mercedes-Maybach 6 Cabriolet-in mühərriki
750 at gücündədir və saatda 100 km sürəti yığmaq üçün avtomobilə 4 saniyə vaxt lazım olur. Tam enerji vəziyyətində avtomobil, 500 km yol qətt etmə özəlliyinə
sahibdir. Bu yeni avtomobilin satışa çıxma tarixi və qiyməti barəsində hələki
heç bir məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ