Mark Zuckerberg Apple Vision Pro-nu tənqid edib

Mark Zuckerberg Apple Vision Pro-nu tənqid edib

Texnologiya
09.06.2023 PAYLAŞIM

    Apple şirkəıtinin təqdim etmiş olduğu Vision Pro adlı qarışıq reallıq cihazı Meta-nın CEO-su Mark Zuckerberg-dən yan keçməyib. Artıq uzun müddət ərzində virtual reallıq texnologiyalarına istiqamətlənmiş və dünyanın ən məşhur sosial şəbəkəsi olan Facebook-u yaratmış Zuckerberg Apple Vision Pro-dan məyus olduğunu bildirib. Verilmiş məlumata əsasən Meta şirkətinin əməkdaşları ilə görüş zamanı Zuckerberg bildirib ki, Apple heç bir texnoloji sıçrayış sərgiləməyib.

    Onun sözlərinə əsasən Apple şirkətinin insanların Vision Pro-dan necə istifadə edəcəkləri barəsində ideyaları onun düzgün hesab etdiyi inkişaf yolu ilə uyğunlaşmır. Zuckerberg-in sözlərinə əsasən Vision Pro-dan 7 dəfə ucuz olaraq 500$-a satılacaq Meta Quest 3 cihazı daha çox alıcıya əlçatan olacaq. “Düşünürəm ki, onların təqdimatları iki şirkətin dəyərləri ilə baxışlarının necə fərqləndiklərini aydın şəkildə sərgiləyir” - deyə Zuckerberg qeyd edib.


    Mark-ın sözlərinə əsasən Meta-nın VR cihazları insanlara qarşılıqlı əlaqədə və bir-birilərinə yaxın olmaq imkanını verdikləri bir vaxtda Apple şirkətinin təqdimatında Vision Pro-dan istifadə edən istifadəçilər divanda təkbaşına oturmuş yalnız insanlar kimi görünürlər. O əlavə edib ki, insanların gələcəkləri həqiqətən də belə ola bilər. Lakin o bunun olmasını istəmir. Hal hazırda bu vəziyyət vaxtı ikən Apple şirkətinin ilk iPhone modelini təqdim edəndən sonra bazarın keçmiş liderləri olmuş Nokia ilə BlackBerry tərəfindən onun necə tənqid edilməsinə bənzəyir.



DAHA ÇOX


Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9..


Apple elektromobili yaxın gələcəkdə işıq üzü görməyə bilər

Hələ bir neçə müddət bundan öncəyə kimi internetdə ara-sıra Apple şirkətinin elektromobil layihəsi b..


ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ..

ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.


Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib -..

Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Ear..


Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ..

Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu..


Acer 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni monitorunu təqdim edib - QİYMƏTİ..

Acer şirkəti özünün monitorlar seriyasını yeni model ilə genişləndirib.

×