main-post-cover

    LG W10 büdcəli smartfon modelinin real fotoları ortaya çıxıb

    Elm & Texnologiya
    17.06.2019
    Farid Pardashunas
        Hələ bir neçə müddət bundan öncə biz xəbər vermişdik ki, LG şirkəti özünün LG W adlı yeni büdcəli smartfon seriyası üzərində çalışır. İndi isə sözügedən seriyanın ilk smartfon modeli barəsində yeni məlumatlar və ilk real fotoları ortaya çıxıb. Bu barədə 91mobiles saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə verilmiş yeni məlumata əsasən smartfon LG W10 adını əldə edəcək. Bu, yeni seriyanın ən büdcəli smartfon modeli olacaq.

        O, plastik materialdan hazırlanmış gövdəyə, qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş hissəsinə, USB-C girişinə, arxa paneldən barmaq izi skanı texnologiyasına və üzərində damcı formalı çıxıntı hissə olacaq genişformatlı ekrana sahib olacaq.

        Bəzi məlumatlara əsasən smartfon 3/4 GB RAM, Mediatek Helio P22, Helio P60 və ya Snapdragon 439 prosessoru, 4000 mAh enerji tutumlu batareya və microSD girişi ilə təchiz olunacaq və Android Pie əməliyyat sistemi ilə çalışacaq. Gözləntilərə əsasən LG W10 modeli 200$-a kimi qiymət göstəricisi ilə satılacaq. Smartfon artıq bu ay təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər