LG-nin ilk 6G şəbəkəsinin nə zaman istifadəyə veriləcəyi barəsində məlumat ortaya çıxıb

LG-nin ilk 6G şəbəkəsinin nə zaman istifadəyə veriləcəyi barəsində məlumat ortaya çıxıb

Texnologiya
24.03.2021 PAYLAŞIM

    Koreyalı jurnalistlərin məlumatlarına əsasən LG şirkəti artıq 6G mobil şəbəkəsinin istifadəyə verilmə qrafikini tərtib edib. Məlumat sızıntısına əsasən tamamilə yeni mobil şəbəkə standartına keçid yaxın illər ərzində baş tutacaq. İnsayderlər 6G üçün nəzərdə tutulmuş təchizatların nə zaman hazırlanacanaqları ilə yanaşı ilk kommersiya məqsədli şəbəkələrin istifadəyə veriləcəkləri müddəti də açıqlayıblar. Beləliklə verilmiş məlumata əsasən LG şirkəti 2024-cü ildə 6G şəbəkələrinin tərtibatı üzrə işləri yekunlaşdırmağı planlaşdırır.

    Həmin vaxta kimi yeni mobil şəbəkə standartının konsepsiyası tam şəkildə hazır olmalıdır. Daha sonra şirkət həmin konsepsiya sayəsində 6G şəbəkəsinin kommersiya məqsədli inteqrasiyasını reallaşdıra biləcək. Bununla belə 6G infrastrukturunun özü bir qədər sonra qurulacaq və istehlakçılara yalnız 2029-cu ildə təqdim olunacaq. Yeni mobil şəbəkə standartından bağlantı sürətinin yüksəlməsi və 5G ilə müqayisədə siqnal gecikməsinin azalması gözlənilir. Qeyd etmək lazımdır ki, 6G-nin hazırlanmasna 2019-cu ildə 5G-nin istifadəyə verilməsindən sonra başlanmışdı.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi smartfonların səs vasitəsilə şarj olunmaları texnologiyası üzərində çalış..

Xiaomi mühəndisləri cihazlar üçün enerji mənbəyi kimi səs dalğalarından istifadə texnologiyası üzəri..


Bütün peyklər sıradan çıxarsa, Yer kürəsində nələr baş verər? (VİDEO)..

Almaniya Aerokomsik Agentliyi (DLR) Yer kürəsinin orbitində yerləşən bütün peyklərin anidən sıradan ..


Yaradılmış yeni material CO2 qazını udaraq elektrik enerjisi ifraz etməyi bacarı..

Tədqiqatçılar bitkilərə xas olan fotosintez funksiyasını reallaşdırmağı bacaran material yarada bili..


Alimlər: 'Dünyanın bütün rəqəmsal məlumatlarını DNT-dən ibarət bir fincana yerlə..

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları növbəti dəfə məlumatların DNT-yə yazılmasının və..


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...

×