İstənilən məişət əşyası vasitəsilə kriptovalyuta mining-i ilə məşğul olmaq olacaq
Elm & Texnologiya
26.08.2017
Farid Pardashunas
Çinin ən böyük məişət əşyaları istehsalçısı olan “Midea” şirkəti çox maraqlı patent sorğusu göndərib.
Həmin patentə əsasən xüsusi sistemə sahib olacaq məişət əşyaları
öz enerjilərinin yarısını, kriptovalyuta mining-i üçün sərf edəcəklər. Sözügedən
şirkət, mining üçün nəzərdə tutulmuş çiplərə sahib bir çox məişət əşyalarını
istehsal etməyi planlaşdırır. Şirkət bu patent sorğusunu, keçən ilin Noyabr
ayında göndərmişdi. Həmin vaxtda kriptovalyutalar bugünki kimi məşhur deyildilər.
Sözügedən layihəni reallaşdırmaq üçün şirkət mütəxəssisləri müxtəlif məişət əşyalarına
xüsusi çiplərin quraşdırılmasını təklif edirlər. Yəni, televizorlar,
soyuducular, kondisionerlər və s. kimi məişət əşyaları, videokartlarla təchiz
olunacaqlar.
Həmin məişət əşyaları isə öz növbəsində bulud servisə qoşulacaq və
öz enerjilərinin yarısını, kriptovalyuta mining-i üçün sərf edəcəklər. Sözügedən
çipi, istənilən böyük məişət əşyasına quraşdırmaq mümkündür. Mining prosesi
zamanı əşyalar adi rejimdə çalışmağa davam edəcəklər. Bundan əlavə olaraq
mining üçün hansısa məişət əşyasını işə salmaq şərt olmayacaq. Onu sadəcə
olaraq elektrik cərəyanına qoşmaq kifayət edəcək. “Midea”nın fikrincə televizor
və ya kondisionerdən kriptovalyuta mining-i üçün istifadə etmək, istifadəçiyə əlavə
vəsaitin qazanılmasına və məişət əşyasını alan zaman xərclədiyi vəsaiti, şirkətə
geri qaytarmasına yardımçı olacaq. Videokartla təchiz olunacaq məişət əşyalarının
hansı qiymətə satılacağı barəsində şirkət hələki heç bir məlumat verməyib. Qeyd
etmək lazımdır ki, günümüzdə videokartlar da ucuz qiymətə satılan bir məhsul
deyillər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ