main-post-cover

    iPhone XR ilə iPhone XS modelləri Hindistanda istehsal olunacaq

    Elm & Texnologiya
    13.07.2019
    Farid Pardashunas
        Apple şirkəti yaxın zamanda Hindistanda iPhone XR ilə iPhone XS modellərinin istehsalına start verəcək. Bu barədə Reuters saytına istinadən Macdigger saytı xəbər verib. Hal hazırda Apple şirkəti Hindistanda yerli bazar üçün iPhone SE, iPhone 6SiPhone 7 modellərini istehsal edir. Hindistan smartfon satışı üçün böyük bir bazardır.
        Lakin şirkətin smartfon modelləri bu bazarda pis satılır. Bunun əsas səbəbi isə onlara təyin edilmiş yüksək qiymət göstəriciləridir. Beləliklə ölkə ərazisində smartfonların istehsalı isə onların qiymətlərinin bir qədər aşağı salınmasına imkan verəcək. Hindistanda istehsal olunacaq iPhone XR modelləri artıq gələn aydan etibarən yerli bazarda satışa çıxa bilər. Hindistanda istehsal ediləcək iPhone modellərinin digər ölkələrdə satılıb-satılmayacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər