main-post-cover

    iPhone SE 2-nin təqdimatı təxirə salına bilər

    Elm & Texnologiya
    14.05.2018
    Farid Pardashunas
        Japan IT Week Spring Mobile Solutions Expo sərgisində öz məhsullarını təqdim etmiş bir neçə aksessuar istehsalçısından əldə olunmuş məlumata əsasən Apple şirkəti hələ iPhone SE 2-nin istehsalına başlamayıb. Burdan da belə bir nəticəyə gəlmək olar ki, onun satışa çıxması bir qədər ertələnə bilər. Bununla yanaşı smartfon haqqında bəzi məlumatlar da ortaya çıxıb. Bu barədə Phonearena saytı xəbər verib.
        Anonim mənbələrdən əldə olunmuş məlumatlara əsasən Apple şirkəti hələki iPhone SE 2-də TrueDepth kamerasının, ekran üzərində çıxıntının və Face ID texnologiyasının olub-olmayacağına qərar verməyib. Məlumata əsasən şirkət yeni modeli köhnə dizaynda saxlaya bilər. Bununla belə onun texniki özəllikləri yenilənəcək. Bundan əlavə olaraq güman  olunur ki, iPhone SE 2 6 inç-lik ekranla təchiz olunacaq.

        Smartfon ekranları üçün şüşə istehsalı ilə məşğul olan şirkətlərdən biri bildirib ki, Apple şirkəti cihazın ekran örtüyü üçün 3 şüşə variantından birinin seçimi mərhələsindədir. Ekran üçün olacaq şüşənin yuxarı hissəsində çıxıntı olacaq. Bundan əlavə olaraq həmin paneldə Touch ID texnologiyası üçün əlavə hissə yoxdur. Çin mənbələrinə inansaq iPhone SE 2 4 İyun tarixində keçiriləcək WWDC 2018 tədbirində deyil. Sentyabr ayında digər iPhone modelləri ilə birlikdə təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər