iPhone SE 2-nin render fotoları təqdim olundu

iPhone SE 2-nin render fotoları təqdim olundu

Texnologiya
11.10.2019 PAYLAŞIM

    Artıq bir çox mənbələr xəbər veriblər ki, Apple şirkəti iPhone SE-nin davamçısı üzərində çalışır. İndi isə internetdə həmin smartfonun ilk render fotoları ortaya çıxıb. Bu barədə Igeekphone saytı xəbər verib. Nüfuzlu analitik Ming-Chi Kuo bildirib ki, iPhone SE 2 modeli iPhone 8-in dizaynını əldə edəcək. Təqdim olunmuş render fotolarından da görmək olar ki, iPhone SE 2 modeli yuxarı və aşağı hissələrdən qalın çərçivələrə və fiziki Home düyməsinə sahib olacaq. Həmçinin Home düyməsinə Touch ID texnologiyası da inteqrasiya ediləcək.

    Smartfonun arxa panelində bir ədəd kamera modulu yerləşdirilib. Məlumata əsasən smartfonun bir ədəd arxa kameraya sahib olacağına baxmayaraq o, müasir smartfonların kameraları kimi yüksək keyfiyyətli fotolar çəkə biləcək. Köhnə dizayn ilə birlikdə iPhone SE 2 tamamilə yeni texnki göstəricilər də əldə etməlidir. Söhbət, iPhone 11 modelinin sahib olduğu A13 prosessorundan gedir. Bununla yanaşı smartfonun 4.7 düym LCD ekran, 3 GB RAM və Lightning girişi ilə təchiz olunacağı da gözlənilir. Ming-Chi Kuo-nun proqnozlarına əsasən iPhone SE 2 modeli 2020-ci ilin birinci rübündə satışa çıxacaq.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Azercell Bakının mərkəzində Azərbaycanda ilk 5G şəbəkəsini işə salır!..

Rəqəmsal dünyanı Azercell ilə yarat! – Ölkənin lider mobil operatoru Azərbaycanı yeni bağlantı erası..


Snapdragon 865-in texniki özəllikləri barəsində məlumat verildi

Çinli insayderin verdiyi məlumat sayəsində dekabrda təqdim olunacaq Snapdragon 865 prosessorunun tex..


Google öz gizli layihəsi üçün milyonlarla amerikalının tibbi məlumatarını yığır..

Google şirkəti özünün Project Nightingale kod adlı gizli layihəsi üçün ABŞ-ın 21 ştatından milyonlar..


Apple şirkətinin AR cihazının çıxış tarixi məlum oldu

Apple öz əməkdaşları üçün şirkətdaxili görüş keçirdib və həmin görüşdə bildirib ki, şirkətin ilk AR ..


SpaceX şirkəti Starlink peyklərinin ikinci partiyasını uğurla Yer kürəsinin orbi..

Dünən SpaceX şirkəti özünün Starlink layihəsi çərçivəsində internet peyklərindən ibarət ikinci parti..


Qatlana bilən Samsung W20-nin fotoları və texniki özəllikləri ortaya çıxdı..

Hələ bir neçə müddət bundan öncə güman edilirdi ki, Samsung W20 smartfon modeli standart qapaqlı fla..