main-post-cover

    iPhone 8, iPhone X'dən daha performanslı çıxdı

    Elm & Texnologiya
    19.09.2017
    Orxan Jafarli
    iPhone X ən çox danışılan model olsa da iş performans mövzusuna gəlincə, iPhone 8 və iPhone 8 Plus təkli və çoxlu nüvə mənasında çox daha müvəffəqiyyətli olaraq qarşımıza çıxır.
    Yeni təqdim edilən iPhone modelləri arasından iPhone X sıyrılmış olsa da görünən o ki məhsul iPhone 8 smartfonlarının  gerisində qalır. Cross-platform prosessor benchmark xal vermə sistemi Geekbench points-də iPhone 8 və iPhone 8 Plus çox daha performanslı olaraq görünür.
    Geekbench iOS Benchmark siyahısına baxıldığında iPhone X, iPhone 8 və iPhone 8 Plus modellərinin hamısı da yeni A11 Bionic çipini istifadə etsə də təkli nüvə və çoxlu nüvə performansında işlər dəyişir.
    Təkli nüvədə iPhone 8 əldə etdiyi orta hesabla 4,195 xal ilə zirvədə yer alarkən, bu modeli iPhone 8 Plus 4,128 xalla təqib edir. Çoxlu nüvə tərəfində isə iPhone 8 10,005 xal, iPhone 8 Plus isə 9,829 xal əldə dib. Son olaraq üçüncü sıradakı iPhone X  4,028 və 9,287 xal əldə etdiyi görülür.
    iPhone X-in geridə qalma səbəbinin özünə xas xüsusiyyətləri səbəbiylə A11 Bionic çipinə daha çox iş yükləmək məcburiyyətində qalması olduğu ifadə edilir. Bunlardan biri də yeni Face ID üz tanıma ilə kilid açma texnologiyasıdır.
    Digər tərəfdən, A10 çipinə görə yüzdə 70 daha sürətli olan A11 Bionic çipinə sahib üç yeni iPhone modelinin də Android rəqiblərinə nisbətən daha müsbətdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər