iPhone 11 modellərinin RAM göstəriciləri ilə batareya həcmləri məlum oldu

iPhone 11 modellərinin RAM göstəriciləri ilə batareya həcmləri məlum oldu

Texnologiya
12.09.2019 PAYLAŞIM

    iPhone 11 modellərinin təqdimatları zamanı şirkət smartfonların RAM göstəriciləri ilə batareya həcmləri barəsində məlumat verməmişdi. Lakin OnLeaks ləqəbi ilə tanınan məşhur insayder bu vəziyyəti dəyişib. Belə ki, o, yeni iPhone modellərinin vacib texniki göstəricilərini açıqlayıb. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əsasən adi iPhone 11 modeli 4 GB RAM və 3110 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki iPhone XR modeli 3 GB RAM və 2942 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Pro seriyasının modellərinə gəldikdə isə iPhone 11 Pro 6 GB RAM və 3190 mAh enerji tutumlu batareya ilə təchiz olunub. iPhone 11 Pro Max sadəcə olaraq olaraq batareya həcmi ilə fərqlənir. Belə ki, o, 3500 mAh enerji tutumlu batareyaya sahibdir. RAM göstəricisi isə onda iPhone 11 Pro-da olduğu kimi 6 GB-dır. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


ABŞ sanksiyalarına baxmayaraq Huawei şirkətinin gəlirləri yüksəlib

Huawei şirkəti bu ilin ilk 9 ayı ərzində əldə etdiyi gəlirlərdən danışıb.


SpaceX şirkəti Yer kürəsinin orbitini Starlink internet peykləri ilə əhatə etməy..

SpaceX şirkəti artıq Yer kürəsinin orbitinə Starlink layihəsi çərçivəsində 60 ədəd internet peykini ..


3 illik fəaliyyətdən sonra Google şirkəti Daydream VR layihəsini bağladı

Şirkət VR cihazı satışdan çıxartdı və tətbiqlərdən ibarət platformanın inkişafını dayandırdı...


Huawei P40 və P40 Pro smartfonları eyni anda iki əməliyyat sistemi əldə edə bilə..

Huawei şirkəti HarmonyOS əməliyyat sistemini hələ avqust ayında təqdim etmişdi.


Samsung şirkəti yeni ekran dizaynının patentini aldı

Smartfon ekranının ön panelin çox hissəsini əhatə etməsi yolunda istehsalçılar ön kameranın yerləşdi..


Google'dan yeni naqilsiz Pixel Buds 2 qulaqlığı - QİYMƏTİ

Made by Google təqdimat tədbiri çərçivəsində Google şirkəti naqilsiz Pixel Buds 2 qulaqlıqlarını təq..