İnternetdən xəbərsiz milyonlarla insan: Şimali Koreyada internetdən istifadə təcrübəsi

İnternetdən xəbərsiz milyonlarla insan: Şimali Koreyada internetdən istifadə təcrübəsi

Texnologiya
09.06.2023 PAYLAŞIM

    Cənubi Koreyanın People for Successful Corean Reunification (Pscore) adlı insan hüquqları təşkilatı Şimali Koreyada bəzi insanların internetdən necə istifadə etdiklərindən danışıb. Məlumatda qeyd edilib ki, Şimali Koreyanın keçmiş vətəndaşı Kim Suk-Han (ad şərtidir) ölkədə yaşadığı müddət ərzində cəmi 5 dəfə internetdən istifadə edə bilib. Bununla belə ölkədə internetə çıxış məhdudlaşdırılmış şəkildədir və ondan istifadə edənlər daimi şəkildə nəzarət altında olurlar.

    Sim Suk-Han-ın sözlərinə əsasən nəzarətçi iki nəfər internet istifadəçisinin arasında oturaraq daimi şəkildə onların internetdə nə axtardıqlarına nəzarət edir. Bununla belə kompüterin ekranı hər 5 dəqiqədən bir bloklanır və onun yenidən aktivləşdirilməsi üçün nəzarətçi barmaq izi skanı vasitəsilə biometrik autentifikasiya prosesindən istifadə etməli olur. Yalnız bundan sonra istifadəçi internetdən istifadə etməyə davam edə bilir. Bütün bu proses çərçivəsində istifadəçilərin yanında həmçinin dövlət təhlükəsizlik əməkdaşı mövcud olur.


    Kim-in sözlərinə əsasən insanlara cəmi 1 saat ərzində internetdən istifadəyə icazə verilirdi və istifadəçi 1 saatın tamamında internetdən əlavə istifadə etmək istədikdə o, əlavə icazə almalı olurdu. İnternetdən istifadə etmək üçün isə 2 gün ərzində dövlətdən icazə almağı gözləmək lazımdır. Kim bildirib ki, internetdən istifadə üçün icazə sorğusunu tez-tez göndərənləri daha çox gözləməyə məcbur edirdilər. Məlumatda qeyd edilib ki, Şimali Koreyanın internet şəbəkəsində Koreyanın bütün veb saytları bloklanmış vəziyyətdədir.

    İstifadəçilər yalnız çin və ingilis veb saytlarına daxil ola bilərlər. “Mənə ümumdünya internet şəbəkəsi barəsində danışırdılar və mən imtahan üçün bu mövzunu öyrənməli oldum. Halbu ki, mən internet barəsində yalnız nəzəri biliklərə sahib idim” - deyə keçmiş Şimali Koreya vətəndaşlarından biri Pscore təşkilatına müsahibəsində danışıb. “Mən bunun məlumatları axtarmaq üçün olan bir növ şəbəkə kimi tanıyırdım. Lakin əslində mən bunun nə olduğunu bilmirdim” - deyə digər keçmiş Şimali Koreya vətəndaşı qeyd edib. Keçmiş vətəndaşlardan biri hətta bildirib ki, onlar nəinki Google, hətta Wi-Fi texnologiyasının nə olduğunu bilmirlər.



DAHA ÇOX


Xiaomi Smart Band 8-in qlobal versiyası və Smart Band 8 Active təqdim edilib - Q..

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası və Xiaomi Watch 2 Pro smart saatı ilə yanaşı üstəlik Xia..


Xiaomi Watch 2 Pro flaqman smart saatı təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası ilə birlikdə Xiaomi Watch 2 Pro flaqman smart saatını da..


CMF Buds Pro naqilsiz qulaqlığı və CMF Power şarj adapteri təqdim olunub - QİYMƏ..

Nothing şirkətinin CMF subbrendi CMF Watch Pro smart saatı ilə yanaşı həmçinin CMF Buds Pro naqilsiz..


Nothing-in CMF brendi öz ilk smart saatını təqdim edib - QİYMƏTİ

Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smart saatı CMF Watch Pro-nu təqdim edib.


Snapdragon 8 Gen 3-ün qrafik çipi Geekbench testlərindən keçib

Qualcomm gələn ayın sonunda Snapdragon 8 Gen 3 prosessorunu təqdim edəcək.


Galaxy Tab S9 FE planşetlərinin fotoları və texniki göstəriciləri ortaya çıxıb..

Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung şirkəti hal hazırda Galaxy Tab S9 FE planşet seriya..

×