main-post-cover

    İnsayderlər: Qualcomm Snapdragon 8 Gen 2 flaqman prosessorunun hazırlanmasına start verib

    Elm & Texnologiya
    20.12.2021
    Farid Pardashunas
        İnsayderlərin verdikləri məlumata əsasən Qualcomm şirkəti Snapdragon 8 Gen 2-nin hazırlanması üzrə işlərə artıq start verib və o, bazarda güman olunandan daha tez təqdim oluna bilər. Məlumata əsasən Qualcomm-un bu məsələdə tələsməsi bazardakı əsas rəqibi ilə vəziyyətin gərginləşməsinə görədir. Söhbət, MediaTek şirkətindən gedir. Belə ki, artıq bir müddətdir ki, mobil prosessor bazarının liderliyini məhz MediaTek qoruyur. Verilmiş məlumata əsasən Snapdragon 8 Gen 2 flaqman prosessorunun təqdimatı artıq gələn ilin may ayında baş tuta bilər.
        Gözləntilərə əsasən növbəti flaqman prosessor TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında istehsal olunacaq. Analitiklərin sözlərinə əsasən növbəti flaqman prosessorunun daha qısa zamanda təqdim olunmasının əsas səbəbi MediaTek şirkətinin mobil prosessor bazarına təsiri ilə əlaqədardır. Aktual olan Snapdragon 8 Gen 1 prosessorunun əsas rəqibi kimi hal hazırda MediaTek Dimensity 9000 prosessoru qəbul edilir. Bununla belə Snapdragon 8 Gen 2 Samsung təchizatı ilə deyil, yalnız TSMC təchizatı ilə istehsal olunması üzrə fərqlənə bilər. Qualcomm-un növbəti flaqman prosessorunun hansı özəlliklərə sahib olacağı barəsində məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər